Xerson vilayətində Kaxovskaya su elektrik stansiyasının partlaması və ərazilərin su basması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.
Elchi.az xəbər verir ki, bu barədə vilayət hökumətinin sədri Andrey Alekseenko öz Teleqram kanalında məlumat verib .
– Yeni Kaxovka daşqın səbəbindən tədricən fövqəladə vəziyyətdən çıxır… Təəssüf ki, ölənlərin sayı 41 nəfərə çatıb, – mesajda deyilir.
Alekseenko onu da vurğulayıb ki, Aleşkinski rayonunda artıq demək olar ki, hər yerdə su çəkilib, lakin Qolopristanski rayonunun yaşayış məntəqələri hələ də su altında qalıb. Bölgədə 3,5 mindən çox insan artıq təhlükəli infeksiyalara qarşı peyvənd olunub və iki mindən çox qurban artıq on min rubl məbləğində ödənişlər alıb.
Nuranə Məmmədova




