"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Yeni Müsavat” yırtılmış siyasət gəmiləri üçün tıxac materialı ola bilməz – müsahibə

10 Noyabr 2015 - 11:59
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

rauf

Rauf Arifoğlu: “Hesab edirəm ki, mən də düz elədim, İlham Əliyev də”

Yenə aylardan noyabr, günlərdən…. bayram əhval-ruhiyyəsi. Azərbaycanın informasiya məkanında liderliyi 20 ilə yaxındır qoruyan “Yeni Müsavat” qəzeti 26-cı ad gününü qeyd etməyə hazırlaşır. 26 yaşlı gəncdən çılğınlıq, emosionallıq… gözlənilsə də, bu sözlər bizim səbəbkara aid deyil. Noyabrın 10-da 26-cı yaşını qutlayan qəzetin baş redaktoru Rauf Arifoğlu ilə ənənəvi ad günü söhbətində məlum olur ki, son 1 ildə qət edilən məsafə, verilən qərarlar duyğuların yox, məntiqin süzgəcindən keçib… Necəsini söhbətin detallarında anlayacaqsız…

-Rauf bəy, 25 illik yubileyimiz ərəfəsində elə bu otaqdaca çox geniş bir söhbət etmişdik sizinlə. O gündən bu günə, təqvim dəyişikliyini nəzərə almasaq, “Yeni Müsavat”ın həyatında nələr dəyişib? 

– Dəyişən əslində çox şeylər var. Azərbaycan dəyişib. Buradakı siyasi qüvvələr, iqtidarın və müxalifətin gələcəyə baxışları, plan və strategiyaları… Bizdə isə…Strategiya yerindədir – mövcudluğu və liderliyi qorumaq. Digər məsələlər…Qəzetimizin ilk sayını əldə etmişik. “Yeni Müsavat” elə bir tale yaşayıb ki, biz bir neçə dəfə ofisimizdən çıxmaq zorunda qalmışıq. Arxivimizin bir parçasını itirmişdik və illərdir ki, “Yeni Müsavat” qəzetinin ilk sayını axtarırdıq. Və onu tapdıq…

-Necə tapdız? 

-Bəhruz Əsədbəyli bunu arxivindən tapıb bizə verdi. Çox adamın arxivində bu vardı. Çox adam o qəzeti bizə söz vermişdi, amma vermirdi. Hətta bəzi bədxahlarımız iddia edirdilər ki, “Yeni Müsavat” qəzetinin yaranış tarixini Rauf Arifoğlu saxtalaşdırıb. Bizə qarşı ən fantastik iddialar belə irəli sürürdülər. Azərbaycan siyasəti çox çirkinləşib və uzun müddətdir bu siyasətdə uğur qazanmayan insanlar uğur cəbhəsinə aid olan insan və quruluşlara neqativ münasibət göstərirlər. Son nəticədə isə bizə “qəzetiniz bu tarixdə çıxmayıb” deyə absurd ittihamlar da yönəltdilər. Biz bunu tapdıq və onların yalanlarını üzə çıxardıq.

-İlk nüsxə nə qədər tirajla dərc edilmişdi? 

-13 min nüsxə ilə.

-Və ondan birini tapa bilmisiz? 

-Bəli, hələlik birini. Amma bu günlərdə əski dövr qəzetlərin kolleksiyasını yığan Ruslan Rəhimov bizim birinci nüsxəmizi 20 manata başqa bir yerdən əldə edib. O, bu barədə mənə yazdı. Mən də ona “heç də 20 manatınız boşuna getməyib” deyə cavab yazdım.

-Son 1 ilin digər dəyişiklikləri hansılardır? 

– Daha bir dəyişiklik də odur ki, biz daha 360 nüsxə əlavə dərc olunmuşuq… Bu, möhtəşəm bir tarixdir. Təkcə ona görə yox ki, “Yeni Müsavat qəzetinin 26-cı yaş günü qeyd olunacaq. Həm də ona görə ki, bu, Azərbaycanın müstəqillik və mübarizə tarixinin bir parçasıdır. “Yeni Müsavat” qəzetini oxuyan adam o qəzetin 26 illik səhifələrində Azərbaycanın həmin anlardakı durumu, mübarizəmizin, milli azadlıq hərəkatının, müxalifətin vəziyyəti, proseslərlə tanış ola bilir. Yəni, biz tarixi yarada-yarada, onun içərisində ola-ola həm də onu yazır və salnamələşdiririk. Təbii, bu ötən bir ildə parlament seçkiləri də vardı. Biz təbii ki, onu da nəzərə alırdıq. Böyük ümidlərimiz vardı ki, demokratiya istiqamətində açılım olacaq. Mən bunu gözləyirdim. Hakimiyyətin içində də müəyyən qrupun bunu arzuladığını bilirdim. Prezidentlə təmas imkanları olan, onunla iki dəfə görüşmüş bir şəxs olaraq bilirəm ki, o da çağdaş demokratiya, informasiya texnologiyaları, dünyanın gedişatı ilə bağlı mütərəqqi fikirlərə sahibidir. Mən bunu bilavasitə özünü dinləyərək, onunla görüşdən təəssürat yazaraq o qənaətə gəlmişəm. Amma bu açılım baş vermədi… Bu da son bir ildəki ən ciddi dəyişiklikdi…

Ötən il bu zamanlar bir il sonraya böyük ümidlər və iddialar vardı. İndi o, yoxdur.  Azərbaycanın ənənəvi müxalifəti son şans kimi bu seçkilərə sarılmışdı. Bu son şans müxalifətin əlindən çıxdı və onun özünü bir daha toparlamasına, göstərməsinə imkan verilmədi. Bu da həmin müxalif düşərgənin əhəmiyyətli kəsimi üçün elə son deməkdir… Bu bir il ərzində dəyişən vəziyyətlərdən biri də odur ki, mən müxalif düşərgədən qəzeti ayırma prosesini yekunlaşdırdım.

Bu proses 10 il idi ki, gedirdi. Nəzərimcə, biz nəhayət ki, Azərbaycanda dünya qəzetçilik standartlarına riayət etməliyik. Ölkənin əsas informasiya istehsalçılarından biri olan “Yeni Müsavat” media qrupu müxalif düşərgə, xüsusən Müsavat Partiyası ilə çox iç-içə idi. Mənim də partiyanın üzvü olmağım  – yeri gəlmişkən, bu 1 ildəki dəyişikliklərdən biri də mənim partiyadan çıxmağım oldu – qəzet və müxalif düşərgəni bir-birinə sıx bağlayırdı və bu durum qəzetimizi təsirləndirirdi. Məsələn, müxalif düşərgənin iflası və heç bir nəticə əldə etməməsi, heç şübhəsiz ki, “Yeni Müsavat”ın tirajına, nüfuzuna, mövzularına, mötəbərlik göstəricisinə təsir edirdi. Biz böyük yanlışlar yapan və minlərlə insanları fəlakətə, bir boşluğa sürükləyən lider və siyasətçiləri haqlı çıxaran informasiya siyasəti qurmağa, onları müdafiə və himayə etməyə məcbur idik. Çünki eyni gəmidə idik. Gəmi isə çoxdan deşilib və onun yırtıqlarını iki qəzetlə  – “Yeni Müsavat” və “Azadlıq”la tutmaqla məşğul idik. Biz artıq yırtıqtutma materialı olmayacağımızı birmənalı ortaya qoyduq….

Yeri gəlmişkən,  bu iflası uzun müddət əvvəldən görürdüm. 2005-cı ilin noyabrında bu qənaətə gəldim, 2008-ci ilin avqustunda, bizimkilərin prezident seçkisindən uğursuz imtinasından sonra bu qənaətim daha da bərkidi; 2010-cu ildə müəyyən ümidlər yarandı; biz yenidən o düşərgəyə bir az da yaxınlaşaraq İctimai Palatanı birlikdə qurduq… 2013-cü ildə “son şans”, deyə prezident seçkilərinə media quruluşu olaraq tam dəstəyimizi verdik. Hamıdan çox itirdim, 3 milyon 200 min manat təzminat ilə 13 məhkəmə iddiası “qazandıq”. Xeyli də maddi itkilərimiz oldu. 2013-cü ildən sonra birmənalı və qəti qənaətim oldu ki, Azərbaycanın ənənəvi müxalifətinin yaxın zaman kəsiyi ərzində özünü toparlayaraq iqtidara iddia etməsi qeyri-mümkündür. Bunun da təbii ki, təhlil və məlumat qismi var. Bu düşərgəyə, onun deqradasiyaya uğramış funksionerlərinin, istiqaməti itirmiş elektoratının sınıq könüllərini xoş etmək üçün  26 ilimi verdiyim belə möhtəşəm informasiya mühərrikin “yandırmaq” olmazdı.  İndiki anda “Yeni Müsavat” qəzeti hazırda Azərbaycan tarixi, demokratiyasının gələcəyi üçün bütün müxalif düşərgənin cəmindən daha mühümdür, vacibdir. Onun qorunması daha böyük əhəmiyyət kəsb edir, nəinki hansısa partiyanın. Partiyaları yenidən qurmaq, formalaşdırmaq, üzvləri yatalaq durumundan çıxarmaq mümkündür. Amma qəzet hərəkətdə olan velosiped kimidir. Onu dayandırmaq olmaz, əks halda, aşacaq. Bu baxımdan düşərgədən qopmanın son addımını atdım və hər şey istədiyim kimi oldu. Müxalif düşərgənin bəzi nümayəndələri, funksionerləri özləri mənim bu siyasətimə dəstək verdilər, elə bir hücuma keçdilər ki…

Belə möhtəşəm gediş təsəvvür etməzdim… Bəzi hallarda mən düşünərək bu prosesi daha da provakasiya edirdim ki, nəhayət bu qaynasın və bizim geri dönməyə, müxalifətdən daha çox müxalifətçi olmağa heç bir körpümüz qalmasın. Bu, çox önəmli idi. Hər kəs baş verənin bir siyasi partiya ilə bir qəzet rəhbərliyinin gizli anlaşması, oyunu olmadığına inanmalı, yaxşı, ya da pis olsun, bizim müstəqil olduğumuzu bilməli, buna inanmalı idi. Oxucu bilməli idi ki, bizim məlumatımız, yazılarımız, bizim istehsal etdiyimiz informasiya paketi oxucunun gözündə çökən, iflasda olan və heç bir şansı olmayan müxalif düşərgənin mətbəxində hazırlanmış “propoqanda” paketi deyil. Biz artıq müxalifətin əlavəsi, quyruğu, hansısa bir liderin arxa bağçası deyilik. “Yeni Müsavat” arxa bağça olmaqdan çıxdı. Bu, çoxdan belə idi. Amma bu təəssüratı siyasətlə aktiv məşğul olan insanlarda yaratmaq mümkün idi. Sadə xalqda ad oxşarlığı baxımdan bunu eləmək olmurdu. Hamı elə düşünürdü ki, Müsavat Partiyası nə deyirsə, qəzet onu yazır. Amma indi bu təəssürat yoxdur. Mən də məhz bu nəticəni istəyirdim.

 

“Mən deyirəm ki,  “Yeni Müsavat”ın baş redaktorluğu deputatlıqdan da, spikerlikdən də  daha üstün postdur” 

-Bu qərarı vermək üçün niyə 2015-ci ili gözlədiz?

-Çünki 2015-ci il 2013-cü ildən sonrakı 2 ilin yekunu deməkdir. 2013-cü ildə müxalifət düşərgəsinin son bir cəhdi baş verdi.  Dünya siyasət tarixində demokratiya həmləsi modeli kimi qəbul edilən bir model də tapıldı. Kənar bir ziyalının bütöv bir düşərgənin başına gətirilərək, onu birləşdirməsi və siyasi alternativi təşkil etməsi baş verdi. Amma bu, uğursuz oldu. Ona görə ki, bu, yalançı bir həmlə idi, Moskvada hazırlanan bir ssenari əsasında baş vermişdi. Çox təəssüf ki, biz onu sonradan  azərbaycanlaşdırsaq da, Rüstəm İbrahimbəyovun yerinə Cəmil Həsənlini gətirsək də, prosesi Kremlin kontrolundan çıxara bilmədik. Ona görə də Rusiyaya Azərbaycan hakimiyyətini şantaj edə biləcək bir rıçaq verdik… Kreml Milli Şuranı sadəcə, istifadə etdi, hakimiyyətə təhdid kimi yaratdı və yekunda bu təhdiddən maksimum şəkildə yararlandı…  Moskvada gizli ssenarilərlə yaradılan Milli Şuranın Azərbaycana vurduğu zərbələr bu gün də davam edir… Bunu görəndən sonra anladıq ki, bu düşərgə hakimiyyət maraqları naminə bütün prinsipləri ayaq altına almağa hazırdır ki, bu da yolverilməzdir, ölkəmizin gələcəyini təhdid edən faktordur. Bundan başqa, həmin prosesdə dəstək verdiyimiz Cəmil Həsənli və onun ətrafı seçkidən dərhal sonra bizi ağlasığmaz ittihamlarla suçladı. Çünki biz gerçəkləri yazmağa başlamışdıq, oyunu ifşa edirdik və məğlubiyyətin hesabını sorurduq. Müxalif düşərgə isə ittihamları sevmir. Bu düşərgə və onun liderləri illərdir ki, proseslərin içinə… gül qoyur, sonra da deyir ki, elə bu cür olmalı idi, gəlirik… Və hər dəfə də özlərindən, qısır siyasətlərindən başqa hər kəsi suçlaya bilirlər…

-Kənardan görünən odur ki, 2015-ci il “Yeni Müsavat”a qarşı bu cür ittihamların, hücumların intensivləşdiyi il oldu… 

-Bəli, çünki biz bir iflas düşərgəsindən qopurduq. Milli Azadlıq Hərəkatının azsaylı uğurlu layihələrindən biri də  “Yeni Müsavat”dır. Bəlkə də yeganə uğur əmsalı qalan layihədir… İqtidarımız, təşkilatlarımız dağıldı, liderlərimiz öldü, ya da yıprandı, kiçildilər; amma “Yeni Müsavat” bütün situasiyalarda liderliyini qorudu. Düz 20 ildir! İndi istəyirlər, biz də onların gününə düşək; bataq… Bilirsiz, əslində bu hücumlar çox lazımlıdır; bizim mötəbərliyimizə, Müsavatın arxa bağçası olmamağımıza inam yaradır. Bizim bu prosesdən aldığımız yaralar tez sağalacaq. Birincisi, ona görə ki, zərbə vuranların, daş atanların heyi qalmayıb, dərin yaralar açmağa. İkincisi isə, qəlbimizi incidən, amma cismimizi incidə bilməyəcək qədər kiçik daşlardan atırlar. Müxalifətin siyasi intifada üçün daşı belə yoxdur; o ki, ola başqa şeyləri olsun! Bu baxımdan, gələcəyə baxsaq, biz böyük strateji yekun əldə etmiş olduq. Mən media sektorunda qalmağa qərar vermiş biri kimi istədiyimi aldım. Bu yay və payıza doğru hər kəs mənə işlədi. Məni sağdan da vurdular, soldan da… Amma bu vurmalar, hərəkətlər mənim öz qəzetimi yeni daşıdığım yerdə oturtmam üçün çox lazımlı idi…

 

– Seçkilərdən bəhs edib, sizin gözlənilən namizədliyinizin üzərindən keçməyək. İlin əvvəlindən siyasi kluarlarda da, media cameyəsində də sizin bu seçkilərə qatılacağınızla bağlı gözləntilər vardı, özünüz də zaman-zaman buna eyham vururduz. Amma gözlənilən baş tutmadı və siz seçkilərə qatılmadız. Seçkilərlə bağlı real mənzərəni görəndən sonra necə düşünürsüz? “Yeni Müsavat” adına, Rauf Arifoğlu adına bu, itki idi, yoxsa qazanc? 

– Qazanc idi. Mən bu cür kampaniyada necə iştirak edə bilərdim? Erkən məlumat da almışdım ki, demokratiya açılımı, yumşaq desək, təxirə düşdü…

– İndi  seçki bitib. Mənzərə nədən xəbər verir? Qərarınızda nə dərəcədə haqlı idiz? 

-Mənim əvəzimdən AXCP funksionerləri mandatımı da “vermişdilər”, dairəmi də “müəyyənləşdirmişdilər”. Heç qərar belə verməmişdim. Tovuza getmək haqda düşünmədiyim halda, İlyas İsmayılovdan rəy alırdılar ki, Rauf Arifoğlu sizə rəqib gəlir… O da təcrübəli adam olsa da, təəssüf ki, bu oyuna düşdü və heç bir əsas olmadan, əleyhimə ifadələr işlətdi. Yekunda da kimsənin tanımadığı bir xanıma onu uduzdurdular. Mən dəfələrlə demişəm, yenə də təkrar edirəm ki, Azərbaycanda “Yeni Müsavat”ın və ona aid olan saytların baş redaktoru, sahibi olmaq deputatlıqdan da, hətta spikerlikdən də daha üstün postdur. Seçkilər normal olsaydı, seçkiyə girsəydik, təbii ki, gücümüzün üstünə güc gələcəkdi. Lakin bu olmadı; gücümüz də artmadığı kimi, azalmadı da. Təbii, yaxşı olardı ki, bədxahlarımın aylar öncə dediyi “prezident ona xidmətlərinin qarşılığında mandat verəcək” proqnozları doğrulaydı. Onsuz da bu varianta da bir şey tapıb deyəcəklər. Lakin mən bir çoxlarından fərqli olaraq, keçmişə yox, daim gələcəyə baxmağa məcburam. Daim irəli baxmasaq, bu zaman zamanın təkərinin altında qala bilərik… Yadımdadır, 2009-cu ildə Müsavat Partiyasının o zamankı başqanı və “Yeni Müsavat”ın da təsisçisi İsa Qəmbər bütün ölkə üçün bir sürpriz edərək, təsisçilikdən imtina etdi. Mən o zaman yubiley tədbirində çıxış edib, qarşıdakı 5 ilin hədəflərini göstərdim ki, ya “Yeni Müsavat”ı daha da irəli aparmaq, bu, mümkün olmasa heç olmasa mövcudluğunu qorumaq lazımdır. İsa bəy orda replika verdi ki, o qədər gözləməyə ehtiyac olmayacaq… Çünki o, düşünürdü ki, 2010-cu ildə, heç olmasa 2013-cü ildə müxalifət qalib gələcək. Amma mən elə o zamandan həm onlara, həm özümüzə baxıb görürdüm ki, bu, olmayacaq. 2020-lərə qədər belə davam edəcək. Mən nə demişdim, hamısını etdim… İndi də deyirəm ki, 2019-cü ilə, qəzetin 30 illiyinə qədər qəzeti qorumaq, heç olmasa onun nəzdində daha bir neçə media orqanı yaratmaq, biznesi böyütmək məqsədimiz var. Necə ki, bu 6 ildə etdiklərimiz “Yeni Müsavat” media qrupunun tarixində əldə etdiyimiz ən yüksək nəticələrdir. Gündəlik bir neçə yüz min oxucumuz var. Bizi dünyanın hər bir yerində oxuyurlar.

-İP göstəriciləri ildən-ilə artırmı? 

-Artır. 2009-cu ildə musavat.com saytına 14-15 min İP-dən girişimiz vardı. İndi bizim 100 min civarında İP-dən girişimiz var. Bu, unikal İP-dir. Məsələn, “Yeni Müsavat”ın redaksiyasında 31 kompüter olsa da, cəmi iki İP var. 31 adam musavat.com-a girir, amma cəmi iki İP qeydə alınır. İndi bu sxemlə bir vurun, real oxucumuzu təsəvvür etməyə çalışın. 26 illik tariximizin pik nöqtəsini yaşayırıq…

– Müsavat Partiyasının başqanı təsisçilikdən getdi. Daha sonra siz də partiyadan çıxdız. Və indi “Yeni Müsavat”la partiya arasındakı yeganə bağ qəzetin adındakı “Müsavat” sözüdür. Nə zamansa, kimlərsə sizdən bu adı da tələb edə bilərlərmi? Siz bu addan imtina edə bilərsizmi? 

– İndiki Müsavat Partiyası bərpa edilməzdən 3 il əvvəl “Yeni Müsavat” qəzetini yaratmışam. Paralel olaraq , bu adda partiyanın da yaradılmasında iştirak etmişəm, ilk rəhbərlərindən olmuşam. O zaman heç İsa Qəmbər məni tanımırdı, üz-üzə gəlməmişdik. Xalq Cəbhəsinin ən parlaq dönəmi idi. Mən “Yeni Müsavat” qəzetinin 26 il öncə yaradanda bilə bilməzdim ki, 26 il sonra hansısa bir gənc sosial şəbəkədə belə bir absurd iddialar irəli sürə bilər… Bu qəzeti mən yaratmışam və “”Yeni Müsavat” adlı partiyanı təsis edən 5 nəfərdən biri də mən olmuşam. Sonra da bu partiyanın rəhbərlərindən üç nəfər –  Nəsib Nəsibli, Niyazi İbrahimli və mən –  Əbülfəz Elçibəylə görüşərək, təşkilata rəhbərliyi ona təklif etmişik. O da özünün yerinə bu proses üçün İsa Qəmbəri təklif edib. Biz üç nəfəri AXC-dəki bir qrupla əlaqələndirib. Nəticədə, məhz bizim təşəbbüsümüz və israrımız, fəaliyyətimiz sayəsində Azərbaycanda Müsavat Partiyası bərpa olunub.   “Yeni Müsavat”ın yaranma tarixi Müsavat Partiyasının bərpa tarixindən 3 il öndədir. O baxımdan, imtina məsələsi istisna olunur. Mən bu cür absurd iddialar ortaya atan bəzi “dostlar”dan xahiş edərdim ki, bir az tarixi oxusunlar. Əksinə, mənim iddiam ola bilər ki, bu adı ilk rəsmiləşdirən mənəm. 1991-ci ilin dekabrında mən qəzeti rəsmən qeydiyyatdan keçirmişəm. Həmin vaxt partiya qeydiyyatdan keçməmişdi… Bununla bağlı iddia irəli sürənləri qeyri-ciddi hesab edirəm, lakin hətta onlara da ciddi cavab verməyə imkanımız var. Hesab edirəm ki, Rauf Arifoğlu olaraq Müsavat adına  ölkədə lider quruluş yaradaraq, partiyalı-partiyasız,  bütün müsavatçıların alqış və təşəkkürünə layiq addım atmışam. Ölkənin bir saylı siyasi informasiya mexanizmini qurmuşam. Niyə bəziləri dost olmaq, təşəkkür etmək əvəzinə, bu brendi sıradan çıxarmaq istəyirlər? Bunu anlamaq bir az çətin –  çünki məntiqli deyil.

““Məni sağdan da vurdular, soldan da… Amma bu vurmalar mənim öz qəzetimi yerində oturtmam üçün çox lazımlı idi”  

 

-2015-ci il “Yeni Müsavat”ın tarixində həm də bu il baş redaktorunun aldığı əməkdar jurnalist adı ilə yadda qaldı. Çoxları deyirdi ki, bu adın alınması ilə qəzetin qarşısındakı bütün baryerlər götürüləcək, başda reklam olmaqla, bir çox sahələrdə yaşıl işıq yandırılacaq və s. Bəs əslində nə oldu? Bu mükafat qəzetə və onun baş redaktoruna nə verdi? 

– Bizim üçün çox böyük reklam kampaniyası oldu. Həm də mühüm bir proses idi. Məni bir ölkənin iqtidarı ilə, onun prezidenti ilə bu dərəcədə “yaxınlaşdırmaq”, bəzi liderlərin dili ilə desək “barışdırmaq”,  sıradan bir təqdimata çoxlu mənalar yükləmək bizim faydamıza işlədi. Azərbaycanda heç də hamı bu iqtidarın düşməni deyil ki. Onun da elektoratı var. Bu baxımdan, heç bir problem görmürəm. Adımın üzərində gedən çirkin kampaniya da mənim üçün problem deyildi. Müşahidəçilər gördü ki, mən rahat idim, xaricə getdim, gəzdim dolaşdım. Kəskin reaksiya vermədim. Atılan daşlar arasında qum dənələri də vardı ki, dostlarım tərəfindən atıldığı üçün məni incidirdi… Amma bu, bir siyasi qovğa idi, güclü olan və haqlı olan qazanacaqdı.

Yekunu deyim: güclü də biz olduq, haqlı da… Müxalifət istəyirmiş ki, mən verilən mükafatdan imtina edim, İlham Əliyevlə düşmənçilik yürüdüm; əsim-gurlayım… Amma niyə? Səbəb nədir? Axı, 10 ildir mənim irəli sürdüyüm bir konsepsiya var və mən onu icra etməklə məşğulam. Həmin konsepsiyanın mahiyyəti tələb edirdi ki, mənim müxalif liderlərlə olduğu kimi, iqtidar rəhbərləri ilə də münasibətim olsun. Belə bir fürsət yarandığı halda, ondan imtina gülünc sayılmazdımı? Bir ölkənin prezidenti 200-ə yaxın təltif həyata keçirə və onlardan biri bundan imtina edə. İmtina etsəm, müstəqil media quruluşu olmaq iddiam harada qalacaqdı? O zaman mən heç zaman olmadığım kimi radikal müxalifət obrazına girib olurdum, məsələn, Kərim Əliyev, İbrahim Rüstəmbəyov və s… Bununla da düşmənçiliyə getmiş olacaqdım və bu da mənə düşmənçilik olaraq geri qayıdacaqdı. Heç lazımım deyildi, anadolular demiş, “mən almayım”…

Təsəvvür edin ki, mən prezidentlə görüş zamanı o medal taxılan anda filmdəki kimi “nayır, nolamaz” deyib imtina edəydim (gülür), ya da o tədbirə heç getməyəydim.  Mən axı 60 nəfərə yaxın insanın əməyinin təşkilinə məsulam. Azərbaycan kimi şərtləri ağır olan ölkədə bir neçə saytın dövriliyinə, 26 illik qəzetin davam etməsinə məsulam. Bunları risk altına qoya bilmərəm. Reallıq məsələsi də var. Hesab edirəm ki, mən də düz elədim, İlham Əliyev də.  Yeganə olaraq Azərbaycan müxalifətinin müəyyən qismi səhv elədi. Onlar özlərini kiçiltdilər. Aradan cəmisi bir neçə ay keçib –  bizə də baxın, onların durumuna da. Biz hər gün daha da böyüyür, tiraj artırırıq, bizi sıfırlamaq istəyənlərsə…

-26-cı ili bitirdiz. 27-yə nə ilə gedirsiz? Hədəflər, planlar, arzular… nələrdir? 

-İstəyirəm ki, ən azından, 27 yaşımızda elə burda, sənə müsahibə verim. Yəni, mövcud olaq, davam edək. Bu, təkcə iş yeri deyil, eyni zamanda missiyanın davamıdır. Gücümüz çatsa, bir az daha irəliləyəcəyik. Çünki yaşımızın üstünə gələn hər bir il bizim sambalımızı daha da artırır, bizi daha da böyüdür.

Sevinc TELMANQIZI 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Allahşükür Paşazadə: “Azərbaycanda 35 faiz sünni, 65 faiz isə şiə məzhəbinə mənsub insanların yaşadığı ehtimal edilir”

Next Post

Yer kürəsi zülmətə qərq olmasına 15 gün qaldı – NASA-dan sensasion xəbərdarlıq

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Yer kürəsi zülmətə qərq olmasına 15 gün qaldı - NASA-dan sensasion xəbərdarlıq

AST Telman batdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.