“Yeni Müsavat” qəzetinin baş redaktoru Türkiyədə media təmsilçilərinə qarşı cinayət işi qaldırılmasını və onların həbsini mənfi tendensiya, azad sözün boğulması kimi qiymətləndirib: “Türkiyədə həmkarlarımızın həbs edilməsi, onlar haqqında cinayət işlərinin açılması xəbərlərini üzüntü ilə qarşılayırıq. Çox təəssüf edirəm ki, hər zaman nümunə götürdüyümüz, göstərdiyimiz Türkiyədə söz azadlığı məhdudlaşdırılmaqdadır. Orada da alternativ xəbər qaynaqlarını, hakimiyyətə sərf etməyən media quruluşlarını susdurmaqla, qorxutmaqla məşğuldurlar. Həbs olunan “Samanyolu” TV-nin rəhbəri Hidayət Karacanı tanıyıram, təmaslarımız, görüşlərimiz olub. “Zaman” qəzetinin rəhbəri ilə də Türkiyədə olarkən görüşmüşük, qonaqları olub çaylarını içmişəm. Aydındır ki, bu şəxslər konkret ruhani liderə yaxındırlar. Ancaq bu o demək deyil ki, bu yaxınlıq onların həbsini əsaslandırmalıdır. Mən də özümü hansısa siyasi liderə yaxın sayıram. Ancaq mənim fəaliyyətim jurnalist fəaliyyətidir. Türkiyədə həbs edilən, haqqında cinayət işi qaldırılan şəxslərin gündəlik fəaliyyətləri xəbərçiliklə bağlıdır. Bu fəaliyyət kimlərinsə xoşuna gələ, kimlərinsə xoşuna gəlməyə bilər. Ancaq buna görə insanlar həbs edilməməlidir. Xüsusən bunun Türkiyə kimi gəlişmiş demokratik mexanizmləri olan ölkədə baş verməsi üzücü hadisədir. Biz həbsdə olarkən Türkiyənin media quruluşları bizi heç zaman dəstəkləməyib, çox nadir hallarda barəmizdə şəxsi əlaqələr hesabına kiçik xəbərlər verilib. Ancaq biz həbsdə olan və haqqında məhkəmə iddiası olan Türkiyə qəzetçilərini dəstəkləyirik. Onlar üçün duaçıyıq. Biz düşünürük ki, bu cür davranışlar Türkiyəmizə yaraşmır”.
Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib
Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...



