"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yeni nazir ilk xarici səfərini Türkiyəyə etdi

07 Noyabr 2017 - 15:26
in SİYASƏT
Yeni nazir ilk xarici səfərini Türkiyəyə etdi - Yenilənib

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrakın dəvəti ilə bu ölkəyə səfər edib.

Nazirlikdən Elchi.az-a verilən xəbərə görə, səfər çərçivəsində bu gün iki ölkə nazirlərinin iştirakı ilə görüş keçirilib. Pərviz Şahbazov energetika naziri olaraq ilk rəsmi səfərini Türkiyəyə etdiyini diqqətə çatdırıb və dəvətə görə Berat Albayraka təşəkkürünü bildirib. Bunu Azərbaycan -Türkiyə dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinə verilən dəyərin göstəricisi kimi qiymətləndirib.

Bildirilib ki, Azərbaycanla Türkiyə arasında daha bir qırılmaz bağ olan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışı, eləcə də iki ölkə arasındakı Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının 6-cı toplantısınının ardınca keçirilən bu görüş enerji əməkdaşlığı üzrə yaranan yeni imkanları müzakirə etmək üçün faydalıdır. Tarixi İpək Yolunu yenidən bərpa edərək Asiya və Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu xətti ölkələrimizin iqtisadi inkişafına, tranzit potensialının genişlənməsinə, türkdilli ölkələrin birliyinə xidmət göstərməklə yanaşı, yeni bir enerji dəhlizi də yaradacaq.

Görüşdə Azərbaycanın zəngin enerji resurslarını alternativ marşrutlarla dünya bazarlarına çatdırılmasında Türkiyə ilə birgə həyata keçirilən enerji siyasətinə nəzər yetirilib. Azərbaycan-Türkiyə əməkdaşlığının töhfələri olan “Əsrin müqaviləsi”, “Şahdəniz” qaz yatağı layihəsi, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və TANAPlayihələrinin ölkələrimizə qazandırdığı nailiyyətlərdən bəhs edilib. Qeyd olunub ki, TANAPüzrə işlərin icra vəziyyəti yüksək səviyyədədir və bu da Azərbaycan qazının nəzərdə tutulduğu vaxtda Türkiyəyə çatdırılması üçün mühüm əhəmiyyət daşıyır. Görüşdə həmçinin “Cənub Qaz Dəhlizi”nin genişləndirmə perspektivləri, Məşvərət Şurası çərçivəsində keçirilən görüşlərin işin gedişatına müsbət təsirləri ətrafında da müzakirələr aparılıb.

Müzakirələr iki ölkə arasında elektrik enerjisi sahəsində əməkdaşlığı, eləcə də “Petkim”, “Star” neft-kimya layihələri, yatırılan investisiyalar və belə layihələrin ölkələrimiz arasında ticarət dövriyyəsinə təsiri kimi məsələləri də əhatə edib.

Görüşdə dünya enerji bazarında son vəziyyət ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu, Pərviz Şahbazovun energetika naziri kimi ilk xarici səfəridir.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan XİN: Səudiyyə Ərəbistanı Krallığına raket hücumunu qınayırıq

Next Post

Yağın qiyməti prezidentin tapşırığı ilə ucuzlaşdırılıb

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Yağın qiyməti prezidentin tapşırığı ilə ucuzlaşdırılıb

Maliyyə naziri Siyavuş Novruzovun fikirlərinə münasibət bildirdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.