"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yeni nazirlərin “qohumları təmizləmə əməliyyatı”

11 May 2018 - 11:37
in MANŞET

Onlar yeni komandalarını formalaşdırırlar

Prezident İlham Əliyevin aprelin 21-də imzaladığı sərəncamla Nazirlər Kabinetinin yeni tərkibi müəyyənləşdi.  Sərəncama əsasən, bir neçə nazirlər, komitə rəhbərləri dəyişdirildi və hökumətin yeni tərkibi formalaşdı.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Yeni nazirlər fəaliyyətlərinə başlar-başlamaz kadr dəyişikliyi edib, nazirliyin xeyli sayda köhnə əməkdaşlarını vəzifələrindən azad etdilər. Bəzi nazirlər çıxardıqları kadrların yerinə  əvvəl çalışdıqları qurumdan təyinatlar etdilər.

Ən çox təyinat edən nazirlik sırasında Kənd Təsərrüfatı Nazirliyi gəlir. Nazir təyin olunmamışdan öncə İnam Kərimov “ASAN xidmət” sədri idi. Təyinatından sonra o, Kənd Təsərrüfatı Nazirliyinə köhnə kollektivinin əməkdaşlarını gətirdi. Belə ki, İnam Kərimovun müvafiq əmri ilə Sarvan Cəfərov nazirin köməkçisi vəzifəsinə təyin olunub.

İnam Kərimovun daha bir əmri ilə İlhamə Qədimova nazirliyin hüquq şöbəsinin müdiri təyin olunub.  İ. Qədimova “ASAN xidmət”də Hüquqi Təminat Şöbəsinin müdiri vəzifəsində çalışıb. Nazir 3 saylı Bakı “ASAN xidmət” Mərkəzinin direktoru Seymur Mövlayev, 5 saylı Bakı “ASAN xidmət” Mərkəzinin direktoru Adil Qasımov, “asan xidmət”in İnsan Resursları və Təlim Şöbəsinin müdiri Elvin Paşayev, Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri Aqil Quliyevə də nazirlikdə vəzifə verdi. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə də  yeni rəis təyin edilib. Mirzə Əliyev  bundan əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-də, “Kapital Bank” ASC-də, BTM-nin Cenevrədəki (İsveçrə) ofisində çalışıb.

İnam Kərimov ile ilgili görsel sonucu

Qeyd edək ki, nazirlikdə yeni vəzifəyə təyin olunan  şəxslərin əksəriyyətinin ixtisasi hüquq və iqtisadiyyat üzrədir.  İnam Kərimov nazirliyin mətbuat xidmətinə rəhbər vəzifəsinə də “ASAN xidmət”də eyni vəzifəni icra edən Anar Hüseynovu təyin etdi.

Sahil Babayev ile ilgili görsel sonucu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də vəzifəli şəxslər işdən çıxarılıb. Belə ki, yeni nazir Sahil Babayevin müvafiq əmrlərinə əsasən, nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev, aparat rəhbərinin müavini Ədalət Əliyev, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev öz ərizələrinə əsasən işdən çıxıblar. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik müvəqqəti olaraq Pərviz Cəfərova tapşırılıb.  Hazırda  isə ƏƏSMN-də Aparat rəhbəri, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Əmək siyasəti şöbəsinin müdiri, Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri, Daxili nəzarət şöbəsinin müdiri, Kadr və kadr hazırlığı şöbəsinin müdiri postları boşdur.

Yaxın günlərdə nazirlikdə növbəti dəyişikliklər gözlənilir. Bu dəyişikliklər zamanı isə nazirliyin iqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərova, Dövlət Əmək Müfəttişliyi xidmətinin rəisi Fuad Əlizadə (Səlim Müslümovun dayısının kürəkəni), həmçinin Dövlət Sosial Müdafiəsi Fondunun sədri, 4 ildir hər il yenilən müqavilə ilə vəzifəsi uzadılan 67 yaşlı Zakir Babayev, həmin fondun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi, Səlim Müslümovun qaynı Ağalar Xasayev, Suraxanı şöbəsinin müdiri Şahalı Cəbiyev (Keçmiş aparat rəhbəri Əjdər Cəbiyevin qardaşı), həmçinin nazirliyin Nəsimi rayon Sosial Müdafiəsi Mərkəzinin rəhbəri Əsgər Əsgərov (Səlim Müslümovun bacısının həyat yoldaşı) və digər vəzifəli şəxslərin işdən çıxarılması gözlənilir.(mia.az)

Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynov ile ilgili görsel sonucu

Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynovun kadr islahatları çərçivəsində bir neçə şəxs vəzifəsindən kənarlaşdırılıb. Miqrasiya Nəzarəti Baş İdarəsinin rəisi Rövşən Səfərov, bu idarənin rəis müavini, Qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin rəisi Qüdrət Məmmədov, Miqrasiya proseslərinin təhlili və informasiya təminatı Baş İdarəsinin rəisi Mehman Səfərov tutduqları vəzifələrdən azad ediliblər.

Rövşən Rzayev ile ilgili görsel sonucu

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeni sədri Rövşən Rzayev qurumun Repatriasiya Departamentinin direktoru Elman İsmayılovu vəzifəsindən azad edib. R. Rzayev eyni zamanda komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovu da vəzifədən azad edib. Əmrə əsasən, Rasim Tağızadə qurumun Mənzil İstismar Departamentinin direktoru, Natiq Hüseynov isə Repatriasiya Departamentinin direktoru vəzifəsinə təyin ediliblər.

Dövlət Gömrük Komitəsinə sədr gələn Səfər Məmmədov da  bölgələrdə kadrlarını dəyişib. Belə ki, Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqov vəzifəsindən azad edilib. Onun yerinə Kənan Məmmədov təyinat alıb. Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilən Mehman Sadıqov Şirvan Gömrük İdarəsinə rəis təyin edilib. Şirvan Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov isə Xaçmaz  Gömrük idarəsinə gətirilib.

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da kadr dəyişikliyinin elanını verib. Belə ki, Muradov jurnalistlərə açıqlamasında qeyd edib ki, cənab prezident diaspora işi ilə bağlı çox ciddi tapşırıqlar verib. Mütləq qaydada kadr dəyişiklikləri olacaq: “Çalışırıq ki, komitənin işində yeni istiqamətlər olsun. Yeni kadrlar müxtəlif dilləri bilməlidir. Bu çox vacibdir. Çünki bu gün bizim soydaşlarımız 100-dən çox ölkədə məskunlaşıb. Bəlkə də bəzilərimiz bunu düşünmürdük. Bu gün elə bir guşə yoxdur ki, azərbaycanlılar orada olmasın”. Modern.az-ın mayın 10-da yaydığı məlumata görə,  Fuad Muradovun əmri ilə qurumda yüksək vəzifə tutan 5 nəfər vəzifəsindən azad edilib.

“Sözsüz ki, yeni yaranan Mədəniyyət Nazirliyində də kadr islahatları aparılacaq”. BakuPost-un məlumatına görə, bunu mədəniyyət naziri Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin əsasında yeni yaranan Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətləri barədə danışarkən deyib.

İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a bildirib ki, Azərbaycanda kadrlarla bağlı problem mövcuddur:

“Müstəqillikdən bəri belədir ki, hər hansı idarəyə kim rəhbərlik edirsə, o, özünün güvəndiyi adamları ətrafına toplayır. Burada əsas nüans kimi peşəkarlıq kriteriyası nəzərə alınmalıdır. Orta və aşağı ranqlı məmur qrupu peşəkarlardan formalaşmalıdır. Bu da işdə keyfiyyətin artmasına xidmət etməlidir. Azərbaycanda kadr qıtlığı var ki, bu isə ölkədə  təhsil səviyyəsinin aşağı düşməsi ilə bağlıdır. Ancaq kifayət qədər xaricdə təhsil alıb-dönmüş insanlar da var ki, onların da çoxu ya kənarda qalıb, ya da belə strukturlarda işləmək istəmirlər”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Yeni nazirin 8 müşaviri olacaq

Next Post

40 mindən çox aksizsiz siqaret aşkarlandı – 5 nəfər həbs edildi

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
40 mindən çox aksizsiz siqaret aşkarlandı – 5 nəfər həbs edildi

40 mindən çox aksizsiz siqaret aşkarlandı - 5 nəfər həbs edildi

Şamaxıdakı sürüşmə sahələri ilə bağlı SON DURUM

Şamaxıdakı sürüşmə sahələri ilə bağlı SON DURUM

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.