"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Yeni qanun layihəsi də orqan alqı-satqsını qadağan edir” – İşçi qrupun rəhbəri

15 Mart 2019 - 11:09
in CƏMİYYƏT

“Yeni hazırlanan “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi də orqan alqı-satqsını qadağan edir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, qanun layihəsini hazırlayan işçi qrupun rəhbəri Musa Quliyevdeyib.

O bildirib ki, qanun layihəsinin mahiyyəti meyitdən donor orqanın götürülməsinin təşkilati-hüquqi əsaslarını yaratmaqdır: “Çünki dünyada orqan donorluğu və transplantasiyası 85-90 faiz meyitdən götürülən orqanlar hesabına həyata keçirilir. Azərbaycanda bu iş qurulmadığına görə transplantasiya yalnız canlıdan götürülən orqanlar vasitəsilə edilir. Azərbaycan qanunvericiliyinə əsasən, canlı donor yalnız qohum olmalıdır. Bu da ona görədir ki, orqan alqı-satqısına yol verilməsin. Biz dünya təcrübəsini öyrəndik, Ümumdünya Səhiyyə Təşkilatlarının tövsiyələrini nəzərə alaraq belə bir yeni qanun hazırladıq. Yeni qanun layihəsinə əsasən, qohum olmayan şəxslər də donor ola bilər. Bu, humanizm prinsiplərinə əsaslanmalıdır. Kimsə öz dostunun və ya yaxın münasibəti olan şəxsin donoru ola bilər. Yəni, yardımın göstərilməsi imkanları yaradılır. Qohum olmayan şəxslər o halda donor ola bilər ki, yaradılacaq Etika Komissiyası rəy versin. Bu komissiya alqı-satqı məsələsini araşdıracaq, belə olan halda müsbət rəy verməyəcək. Etika Komissiyası donorun şəxsiyyətini, könüllüyünü araşdıraraq qərar qəbul edir. Komissiyanın tərkibində və işində transplantoloqun və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən hər hansı bir şəxsin iştirakına yol verilmir. Tutaq ki, ictimai, siyasi, mədəniyyət xadimi, yəni tanınmış bir insandır, onun pərəstişkarı kömək etmək istəyir. Bu niyə mümkün olmasın? Məsələn, ailə üzvlərinin orqanları müəyyən səbəblərdən uyğun gəlmir, amma ailənin yaxın dostu var, istəyir ki, lazım olan orqanın bir parçasını ona versin, bu niyə mümkün olmasın ki? Əgər burada qeyri-qanuni əməl, niyyət varsa, cəza tətbiq ediləcək. Burada, hətta cinayət məsuliyyəti də nəzərdə tutulur. Bu işlə hüquq mühafizə orqanları məşğul olacaqlar”.

Xatırladaq ki, hazırda tətbiq edilən “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanun 1999-cu ildə qəbul olunub.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ABŞ uyğurlara görə Çinə qarşı yeni sanksiyalar tətbiq edə bilər

Next Post

Türkiyə ABŞ-ın insan haqları ilə bağlı hesabatını tənqid edib

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Türkiyə ABŞ-ın insan haqları ilə bağlı hesabatını tənqid edib

Türkiyə ABŞ-ın insan haqları ilə bağlı hesabatını tənqid edib

“Formula 1” üzrə 2019-cu il dünya çempionatı start götürüb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.