"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yeni ssenari: İrəvan KTMT-dən çıxır, Bakıya qarşı…

26 Yanvar 2023 - 12:34
in SİYASƏT

AB-nin Ermənistandakı missiyası ilə bağlı belə bir ssenarinin həyata keçirilməsi gözlənilir. Birinci mərhələdə missiya Ermənistana geniş tərkibdə gələcək. Sonra İrəvan sözügedən missiyanın müşahidə missiyasından hərbi missiyaya çevrilməsini təmin etməyə çalışacaq. Ardınca Ermənistanla Rusiya arasında müttəfiqlik münasibətlərində fasilə və gərginlik müşahidə olunacaq, ola bilsin ki, Rusiyanın Gümrüdəki hərbi bazası bağlansın və İrəvan KTMT-dən çıxsın.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bunu “Milli Müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

“Bütün bunlar AB-nin Ermənistan siyasətində iştirakını daha da genişləndirəcək. İrəvan AB-nin himayəsi altında növbəti təxribatlara əl atacaq və Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının Qərb hərbi kontingenti ilə dəyişdirilməsini tələb edəcək. Bu, Nikol Paşinyan tərəfindən yox, Qərb tərəfindən yazılmış bir ssenari ola bilər. Paşinyan isə Qərbin bütün istəklərini yerinə yetirəcək. Ona görə ki, onun komandası birmənalı olaraq antirusiya siyasətinə meyillidir, qərbyönlüdür.

Məqsəd regionda Qərbin hökmranlığıdır. Qərb Rusiyanı sıxışdırıb çıxarmaq, onun üçün yeni destabilizasiya zonası yaratmaq, Azərbaycanın xarici və müdafiə siyasəti sahəsində suveren qərarlar qəbul etməsinə məhdudiyyətlər yaratmaq istəyir. Bu, həm də Azərbaycanın milli maraqlarının, milli təhlükəsizliyinin təmin edilməsində ən mühüm qərarların qəbulunda əl-qolunu bağlamaq məqsədi güdür. Müvafiq qərarların qəbulu məntiqini təhlil edəndə Moskva və Bakının vahid mövqedən çıxış etdiyini nəzərə alsaq, Qərbin başlıca məqsəd budur. Bölgədə xarici oyunçulara ehtiyacımız yoxdur. Bütün məsələlər müstəsna olaraq region dövlətləri tərəfindən həll edilməlidir. AB missiyasının Ermənistana göndərilməsi digər məsələlərlə yanaşı, Şimal-Cənub nəqliyyat dəhlizi də daxil olmaqla, ən mühüm logistika layihələrinin icrasını pozmağa yönəlib. Bu marşrut Rusiya üçün Avropa ilə əlaqənin kəsilməsi fonunda son dərəcə vacibdir. Ona görə də bu, həm Rusiyanın, həm Türkiyənin, həm də Azərbaycanın maraqlarına – ümumiyyətlə, Fransanın və AB-nin manipulyasiya obyekti olan Ermənistan istisna olmaqla, regionun bütün məsul oyunçularına zərbədir”, – o bildirib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Özbəkistan martın 1-dən Rusiyadan qaz idxalına başlamağı planlaşdırır

Next Post

Zelenski Putinlə danışıqlarda maraqlı olmadığını bildirib

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Zelenski Putinlə danışıqlarda maraqlı olmadığını bildirib

Zelenski Putinlə danışıqlarda maraqlı olmadığını bildirib

İtaliya Ukraynaya artilleriya və quru vəsaitləri verməyəcək

İtaliya Ukraynaya artilleriya və quru vəsaitləri verməyəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.