"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Yeni SSRİ” təhlükəsi: Türkiyə ilə İttifaq Dövləti qurmalıyıq

20 Aprel 2021 - 14:22
in XƏBƏR LENTİ

Bölgəmiz yenə qaynayır. Çox vacib, həm də təhlükəli proseslər gedir. Rusiya öz rolunu gücləndirir, Qərb isə hələ də nə edəcəyini bilmir, hər addımda hələ ki, uduzur. Ola bilər ki, orta və uzun vadədə Qərb yenə öndə olsun, amma ABŞ və AB-də ciddi cari liderlik problemi var.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bu sözləri REAL-çı Natiq Cəfərli qeyd edib. O, 2007-ci il Münhen Təhlükəsizlik Konfransından bu yana Rusiyanın güclənən xətlə getdiyini və nəticədə postsovet məkanındakı bir sıra önəmli bölgələrə müdaxilə etdiyini, Qərbin buna cavab verə bilmədiyini vurğulayıb:

“Qərb postsoveti ya tanımır, ya da tanıyıb öyrənmək istəmir, ya da Qərb postsovet məkanını Rusiyaya təslim edib uzunmüddətli perspektivə oynayır. Düşünür ki, bütün postsovet ölkələrinin problemlərini Rusiyaya yükləməklə Kremlin qəddini əyəcək, maddi, siyasi, iqtisadi yükə davam gətirməyən Rusiya sonda təslim olacaq. Məncə, çox riskli plandır, hətta baş tutsa belə, bu, keçmiş SSRİ respublikalarının bu gününü qaralayır”.

Natiq Cəfərli Qərbin son bir ildə ən böyük səhvlərindən birinin Belarusda Lukaşenkonu dəstəkləməməsi olduğunu iddia edib:

“Lukaşenko diktator, avtoritar olsa da, Krım və Donbasdan sonra gözü qorxmuşdu. Moskvadan məsafə olaraq uzaqlaşmaq, Qərblə yaxınlaşmaq istəyirdi. Hətta AB və ABŞ ilə danışıqlara başladı, ciddi səfərlər və görüşlər oldu, yeni sənədlər imzalandı. Daha geniş sənədlər imzalanmaq üzrə idi. Məhz Lukaşenko Belarusun müstəqilliyini üstün tutaraq, Rusiya ilə İttifaq Dövlətinin yaranmasına mane olurdu. Son seçkidən öncə Kreml orada oyun qurdu. Batkanın əsas rəqibləri məhz Kremlin adamları idi. Seçkidən azı 1-1,5 il öncə Rusiya TV kanalları Lukaşenkonu alçatmaqla məşğul idilər. Hətta müxalifətin əsas tribunası Rusiya kanalları idi. Seçkidən sonra Qərb səhv strategiya yürüdərək, Rusiyanın əlinə oynadı. Faktiki olaraq, Batkaya seçim qoymayaraq, onu Kremlin qucağına itələdi.

Aprelin 22-də Putin-Lukaşenko görüşü olacaq. Moskva artıq elə bir vəziyyət yaradıb ki, Batka indi hər şeyə razıdır. Ehtimalıma görə, aprelin 22-də Rusiya-Belarus İttifaq Dövlətinin yeni, daha sıx inteqrasiya olunmuş variantı elan ediləcək”.

N.Cəfərli bunun SSRİ-nin yenidən formalaşdırılmasının başlanğıcı sayıla biləcəyini deyib. Ekspertə görə, Belarusdan sonra Kreml asanlıqla Qırğızıstanı udacaq, daha sonra isə Qazaxıstanla Donbası birləşdirməyə çalışacaq. Ekspert Azərbaycan üçün ən təhlükəli məqamın Ermənistan olacağını söyləyib:

“Əgər Kreml yayda bu ölkədə keçiriləcək seçkidə planladığını etsə, rəsmi İrəvan yeni SSRİ-yə daxil olacaq. Zatən son hərbi məğlubiyyət bunun əsaslarını yaratmağa səbəb oldu. Ermənistana mesaj verildi ki, təkbaşına, “Ayı”nın dəstəyi olmadan ölkə kimi mövcudluğu sual altına düşəcək.

Vəziyyət qəlizdir. Əgər bu ssenari həyata keçirilməyə başlasa, bizim üçün ağır dövr gələcək. Kreml artıq Duqinin dili ilə açıq formada Azərbaycanı həm təhdid edir, həm də “Yeni SSRİ-yə” dartır”.

N.Cəfərlinin fikrincə, yarana biləcək təhdiddən ən yaxşı çıxış yolu Türkiyə ilə İttifaq Dövləti müqaviləsi imzalamaq və ya Türkiyə hərbi bazalarını Azərbaycanda yerləşdirməkdir:

“Başqa yol yoxdur. Əgər seçim ya SSRİ, ya da Türkiyə ilə konfederasiyadırsa, düşünmək belə artıqdır. Seçim bəllidir. Yeni konfedarativ dövlət, Ankara-Bakı birliyi – ancaq bu yolla müstəqilliyimizi qoruya biləcəyik. Çox təəssüf ki, kollektiv Qərb daha uzun zamana hesablanmış oyun oynayır, qısa vədədə hamımızı yem kimi Kremlin ağzına atır. Bilir ki, Moskva bunu “həzm” edə bilməyəcək, sonda boğulacaq, amma buna böyük zaman lazımdır. Bizim zamanımız yoxdur. Ən böyük uğurumuz və dəyərimiz olan müstəqilliyimiz sual altına düşə bilər”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İrəvan danışıqlarda bizə deyirdi ki… – Zülfüqarov şok sirri açdı

Next Post

TƏBİB və NK-nın korona ilə bağlı qoruduğu dəhşətli sirr

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

TƏBİB və NK-nın korona ilə bağlı qoruduğu dəhşətli sirr

“AŞPA Ermənistanı mina xəritəsini verməyə məcbur edə bilmədi” - Kamal Cəfərov

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.