
Tailandın Banqkok şəhərində yaşayanlar qeyri-adi fəza hadisəsinin şahidi olub. Onlar arxasından ağ tüstü buraxaraq uçan naməlum obyekt müşahidə ediblər. Obyekt yoxa çıxmazdan əvvəl alışıb, lakin partlayış səsi eşidilməyib.
Banqkokdan 200 km uzaqlıqda yerləşən Kançanaburi əyalətinin sakinləri səma cismi gördüklərini və partlayış səsi eşitdiklərini bildiriblər.
Yerli mətbuatın xəbərinə görə, şahidlər çox yəqin ki, meteoritin düşməsinin şahidi olub, lakin əlaqədar təşkilatlar bunu təsdiq etmir.
“Thai PBS” telekanalının göstərdiyi videoçarxda aydın görünür ki, naməlum obyekt arxasından ağ tüstü buraxaraq uçur.
Milli Elmi Tədqiqatlar İnstitutunun alimləri qeyd edirlər ki, bu hadisə doğrudan da meteoritin düşməsi ola bilər, lakin belə hadisələr gec-gec və gecə vaxtlarında baş verir.



