Kanadanın Viktoriya Universitetinin bioloqları Yer kürəsinin ən qarınqulu yırtıcısını müəyyən ediblər. Alimlərin hesablamalarına görə, insan Yerdəki onurğalı heyvanların üçdə birindən çoxunu istismar edir.
Elchi.az BBC.com-a istinadən xəbər verir ki, 15 min növ insanlar tərəfindən qida, heyvan yemi kimi, həmçinin dərmanların yaradılması zamanı istifadə olunur.
Araşdırmanın nəticələri “Communications Biology” jurnalında dərc olunub.
“Problem ondadır ki, heyvanların öldürülməsinin əksəriyyəti zərurətdən deyil, mədəniyyətdən qaynaqlanır”, – deyə alimlər qeyd ediblər.
Bioloqlar bildiriblər ki, insanların bu cür davranışı nəinki bəzi heyvan növlərinin məhvinə gətirib çıxarır, həm də sağ qalanlara mənfi təsir edir, onlarda stress yaradır. Alimlər bunu Qorxu Ekologiyası adlandırırlar.
“İnsanlar tərəfindən vəhşi təbiətdən heyvanların qeyri-təbii seçilməsi ekosistemlər üçün bir sıra nəticələrə səbəb ola bilər”, – deyə alimlər izah ediblər.
Yeganə






