"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Yerli özünü idarəetməni inkişaf etdirməsək bir çox problemləri həll edə bilməyəcəyik” – Qüdrət Həsənquliyev

29 Mart 2024 - 13:33
in MANŞET

“Biz, bələdiyyələri birləşdiririk. Hörmətli Siyavuş Novruzov da qeyd elədi ki, bələdiyyələrin sayı 3/2-yə qədər azalacaq. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanunun 2-ci maddəsinə görə, Azərbaycanda yaşayış məntəqələri 3 kateqoriyadan ibarətdir – kənd, qəsəbə və şəhərlər. Yenə həmin qanunun 2-ci maddəsinin 2.3-cü bəndinə görə, bütün yaşayı məntəqələrində dövlət hakimiyyət orqanları formalaşdırılır. Əgər bir yaşayış məntəqəsində dövlət hakimiyyət orqanı varsa, orada yerli özünüidarə orqanı da olmalıdır”.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Elchi.az Xalqcəbhəsi.az-a istinadən xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Bələdiyyələrin statusu haqqında” qanununa dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuş müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, yalnız əhalisinin sayı 3 min nəfədən çox olan yaşayış məntəqələrində bələdiyyələrin yaradılmasını doğru saymır:

“Hesab edirəm ki, hər bir yaşayış məntəqəsində yerli özünüidarə orqanı olmalıdır. Bu o demək deyil ki, yerli özünüidarə orqanı varsa, hökmən onlar maaş almalıdırlar. Onlar ictimai əsaslarla işləyə bilərlər və dünyanın bir çox yerlərində onlar ictimai əsaslarla işləyirlər. Bizim partiyadan da çoxsaylı bələdiyyə üzvləri var, mən, onlarla da söhbət etmişəm. Məsələn, bir şəhər bələdiyyəsinin üzvü mənə deyir ki, təqribən aylıq 70 min manata yaxın pul yığılır, onun da 40 min manatı bələdiyyə üzvlərinin əməkhaqqılarına gedir. Bu ona oxşayır ki, elə bil biz, insanlara yükləmişik ki, əhalinin bir hissəsini bələdiyyə qulluqçusu kimi siz saxlayın. O zaman bizə dedilər ki, bələdiyyələr yeni yaradılır və zamanla onların statusları genişləndiriləcək. Amma zaman keçdi və biz gördük ki, əksinə, müəyyən səlahiyyətlər də onların əllərindən alındı. Təkcə onların deyil, yerli icra hakimiyəti orqanlarının da səlahiyyətləri əllərindən alındı. Azərbaycanda dövlət idarəetməsi həddindən artıq mərkəzləşib. Mərkəzi icra hakimiyyəti orqanları bütün səlahiyyətləri öz əllərində cəmləyiblər. Biz, yerli özünü idarəetməni inkişaf etdirməsək bir çox problemləri həll edə bilməyəcəyik. Biz, burada qanunu dəyişirik, mən, “Bələdiyyələrin statusu haqqında” qanunun 12-ci maddəsinin ikinci hissəsini oxuyuram: “Müəyyən ərazidə əhalinin sayına görə vətəndaşlar yerli özünüidarəni həyata keçirmək hüququndan məhrum edilə bilməzlər”. İmperativ normadır. Burada belə bir norma olduğu halda, digər tərəfdən də əhalinin sayına görə, bələdiyyələrin sayını necə azalda bilərik? Ona görə də, mən hesab edirəm ki, bu məsələ ciddi şəkildə araşdırılmalıdır. Bələdiyyələrin sayı artırılmaldıır, həm də vacib deyil ki, bütün bələdiyyələr yalnız maaşla işləsinlər. Bir dəfə hörmətli Səməd müəllim bir məsələni xatırlatdı. Dedi ki, bir dəfə xarici qonaqları aran rayonlarının birinə qaçqınlarla görüşə aparıblar. Hava yağışlı, hər tərəf isə palçıq imiş. Qonaqlar orada söyləyiblər ki, bu insanlar oturublar ağacların altında, ayaqlarında rezin çəkmələr, domino, nərd oynayırlar. Amma uşaqlar palçıqlı yollarla gedib-gəlirlər. Ola bilsin, dövlətin heç pulu yoxdur. İnsanlar niyə özləri təşkilatçılıq etmir, özləri könüllü olaraq bu yolları düzəltmirlər? Vaxtilə sürgünə göndərilmiş almanlar, başqa xalqların nümayəndələri səhralarda özləri üçün gözəl yollar salıblar, suyun axması üçün arxlar düzəldiblər. Ona görə yerli özünüidarə lazımdır ki, təşkil etsinlər insanlar öz həyat şəraitlərini yenidən qursunlar. Həmin şəhər bəldiyyəsinin üzvü mənə deyir ki, yalnız bəzi ara yollara asfalt döşəyirik. Deyirəm mərkəzi yollara asfalt döşəyənlər ara yollara da asfalt döşəyə bilərlər. Bununla bağlı o boyda bələdiyyə saxlayıb, ayda da camaatdan pul yığıb onlara 40 min manat maaş verməyə nə ehtiyac var?”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Papa məhbusların ayaqlarını yudu və öpdü

Next Post

Ordumuz döyüşə hazırolma vəziyyətinə gətirildi

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Ordumuz döyüşə hazırolma vəziyyətinə gətirildi

Ordumuz döyüşə hazırolma vəziyyətinə gətirildi

İtaliyada 1 avroya ev satılır

İtaliyada 1 avroya ev satılır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.