"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yeseninlər sovetlərin qanlı dəyirmanında

02 Avqust 2014 - 12:59
in MƏDƏNİYYƏT

Sergey Yesenin – romantik, sarışın, yaraşıqlı şair qadınların sevimlisi idi. 1406928586 

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

O, dörd dəfə evlənib: Anna İzryadnova, Zinaida Rayx, Aysedora Dunkan və Sofya Tolstoy ilə…

Lubyankada qətl

Yeseninin vətəndaş nikahında yaşadığı Anna Romanovna İzryadnovna ziyalı ailədən çıxmış təhsili qız idi. Yeseninlə Sıtinin  nəşriyyatında tanış olan Anna orada korrektor, Sergey isə əvvəlcə ekspeditor, sonra isə korrektor köməkçisi işləyirdi.  1914-ci ildə cütlüyün oğlu dünyaya gəlir – Yuri (Georgi). Ancaq ailə həyatı alınmır, gün-güzəran şairi çox tez bezdirir və 1915-ci ildə onlar ayrılırlar.

Anna İzryadnovna Yeseninin atalığını şairin ölümündən sonra məhkəmədə sübuta yetirməli olur. Yuri Yeseninin taleyi faciəli olur. O, Moskva aviatexnikumunu bitirir, 1937-ci ildə isə Uzaq Şərqdə hərbi xidmətdə olarkən yalan ittihamla həbs edilir. “Əksinqilabi faşist-terrorçu qruplaşmanın” üzvü kimi Lubyankaya gətirilir və həmin ilin avqustunda əvvəlcə vəhşicəsinə döyülərək “günahını” etiraf etdirir, sonra isə  güllələyirllər.

Jurnalist övladlar

1917-ci ildə Yesenin aktrisa Zinaida Rayxla evlənir. Bir ildən sonra qızları Tatyana, 1920-ci ildə, artıq valideynləri boşanandan sonra isə oğlu Konstantin dünyaya gəlir. Üç illik bu nikahı çox böyük mübaliğə ilə birgə həyat adlandırmaq olar. Zinaida elə ümid edirdi ki, uşaqlar ailə bağlarını möhkəmləndirər, ancaq əbəs yerə. Onlar daima ya səfərlərdə olur, ya da küsüşürdülər və nəhayət, ayrıldılar.

Hər iki uşağı məşhur rejissor və Zinaida Rayxın ikinci əri Vsevolod Meyerxold övladlığa götürür. Məlumdur ki, Vsevolod Emilyeviç 1937-ci ildə həbs olunub yapon və ingilis casusu kimi güllələnir, Zinaida Nikolayevna isə çox müəmmalı şəraitdə öz mənzilində amansızlıqla qətlə yetirilir.

Şairin övladlarının payına düşən bütün çətinliklərə baxmayaraq, onlar çox şərəfli bir həyat yaşayır, tanınmış və mötəbər şəxlər kimi cəmiyyətdə layiqli yer tuturlar.

Atası kimi sarışın olan gözəl Tatyana balaca qardaşı və qucağında körpə uşaqla valideynlərinin mənzilindən sürgün edilməsinə baxmayaraq, Meyerxoldun arxivini xilas edir və onu Moskva ətrafındakı bağ evində gizlədir. Müharibə başladıqda isə saxlamaq üçün S.M.Eyzenşteynə verir. Daşkəndə təxliyyə olunduqdan sonra həmişəlik orada qalır. Tatyana Sergeyevna çox müdhiş şəraitdə yaşayırdı, Yesenini tanıyan və sevən Aleksey Tolstoy ona yardım edir. Ali Sovetin deputatı kimi öz vəzifəsindən istifadə edərək Tatyananın ailəsi üçün barak tipli balaca bir ev düzəldir. İstedadlı jurnalist, yazıçı və redaktor T.S.Yesenin Meyerxoldun bəraət almasına nail olur, Meyerxold və Rayx haqqında xatirələrini nəşr etdirir. Onun Meyerholdun tədqiqatçısı K.L.Rudnitskiyə ünvanladığı məktub indiyədək XX əsrin böyük rejissorunun yaradıcılığının öyrənilməsi üçün qiymətli mənbələrdən hesab olunur.

Tatyana Sergeyevna S.A.Yesenin muzeyinin direktoru olub, 1992-ci ildə vəfat edib. Oğlu Sergey Vladimiroviç və nəvəsi Anna Moskvada yaşayır.

Şairin oğlu Konstantin Sergeyeviç Yeseninin xaş atası Andrey Belı olub. 1941-ci ildə Moskva İnşaat Mühəndisləri İnstitutunun dördüncü kurs tələbəsi olan Konstantin Yesenin könüllü surətdə cəbhəyə gedir. 1944-cü ildə bir neçə dəfə ağır yaralandıqdan sonra üç Qırmızı Ulduzla cəbhədən qayıdır. Konstantin Yesenin bütün ömrünü idman jurnalistikası və statistikasına həsr edib. “Futbol: rekordlar, paradokslar, faciələr, sensasiyalar” (1968, 1970), “Moskva futbolu” (1974, həmmüəllif), “SSRİ yığması” (1983, həmmüəllif) kitablarının müəllifidir. Uzun illər SSRİ Futbol Federasiyasının sədr müavini olub. 1986-cı ildə Moskvada vəfat edib.

Aleksandr: riyaziyyatçı, şair, hüquq müdafiəçisi

Sergey Yeseninin hazırda yaşayan yeganə övladı – qeyri-qanuni oğlu Aleksandr Yesenin-Volpindir.

1920-ci ildə Yesenin şairə və tərcüməçi Nadejda Davıdovna Volpinlə tanış olur. Nadejda gəncliyindən şeirlər yazır, Andrey Belının rəhbərlik etdiyi “Yaşıl emalatxana” poeziya studiyasının işində iştirak edirdi. 12 may 1924-cü ildə Leninqradda Sergey Yesenin və Nadejda Volpinin qeyri-qanuni oğulları – Aleksandr dünyaya gəlir. O, 1949-cu ildə MDU-nun riyaziyyat fakültəsini bitirir, məntiqi riyaziyyat üzrə namizədlik dissertasiyası müdafiə edir. Böyük alim Yesenin-Volpin həm də məşhur hüquq müdafizəçisidir.

1949-cu ildə “antisovet şerlər” yazdığı üçün həbs olunur və məcburən psixi müalicə almağa göndərilir (yeri gəlmişkən, Yeseninin oğlu öz şeirlərini yalnız Volpin familiyası ilə nəşr etdirir). 1950-ci ilin payızından isə Karakandaya sürgün edilir. 50-ci illərin ortalarında sürgündən qayıtdıqdan sonra insan haqlarının müdafiəsi istiqamətində aktiv fəaliyyətə başlayır, zaman-zaman həbs olunur, həbsxana-dəlixanaya göndərilir. Şairin oğlu bütövlükdə həyatının 14 ilini həbsdə olub. A.Yesenin-Bolpin (Çalidze və Saxarovla birlikdə) İnsan Haqları Komitəsinin yaradıcılarından biridir. “İstintaq zamanı özünü necə aparmalı” kitabının müəllifidir. 1972-ci ildə ABŞ-a mühacirət edib. Hal-hazırda orada yaşayır, riyaziyyat və fəlsəfə ilə məşğul olur.

Əminə Xatun

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Adil Əliyev də danışdı

Next Post

Şəhid olanlardan biri nazirin mühafizəçisi imiş…

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post

Şəhid olanlardan biri nazirin mühafizəçisi imiş...

Arsen Venger Cerardın cavabını verdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.