"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Yetim quzu” təsiri bağışlayan Obama Rusiyaya “yaşıl işıq” yandırdı

05 Noyabr 2023 - 13:51
in Cebhe-banner, MANŞET

Qüdrət Həsənquliyev: “İsrailə fərqli münasibət həm də ona görədir ki, onun düşməni geri qalmış ərəb dünyasıdır”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev xalqcebhesi.az saytın açıqlamasında ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukraynaya yox, İsrailə yardım göstərilməsini nəzərdə tutan qərarını şərh edib.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

BAXCP sədri Nümayəndələr Palatasının məlum qərarını ABŞ-da güclü – yəni, həm də pullu yəhudu lobbisinin olması ilə əlaqələndirib. Onun sözlərinə görə, ABŞ-ın ikipartiyalı siyasi sistemi cəmiyyəti ciddi şəkildə parçalayıb: “Vaxtilə ABŞ vətəndaşlarının fəxr, dünya xalqlarının qibtə etdiyi ABŞ-dakı ali dəyərlər artıq çoxdan ayaqlar altına atılıb. Tərəflər bir-birinə qalib gəlmək üçün hər şeyə qadirdirlər və hazırdırlar. Seçkiləri saxtalaşdırmağa, şərə, böhtana, qanunlara tüpürməyə, bir sözlə hər şeyə. ABŞ 1994-cü ildə Ukraynanı Budapeşt Memorandumunu imzalağa və bu ölkəni nüvə silahından imtinaya məcbur edib. Bu yaxınlarda, həmin dövrdə ABŞ-nın prezidenti olmuş Bill Klinton da bu faktı etiraf etdi. Həmin memorandumla ABŞ öz üzərində öhdəlik götürüb ki, Ukraynanın ərazi bütövlüyü pozularsa ABŞ Böyük Britaniya ilə birlikdə Ukraynaya kömək edəcək. ABŞ-ın dövlət ləyaqəti, beynəlxalq birlik və Ukrayna xalqı qarşısındakı öhdəlikləri başı hakimiyyət davasına qızışmış siyasətçilər tərəfindən tapdanmaqdadır. ABŞ istəsəydi 2014-cü ildə Ukrayna-Rusiya münaqişəsinin qarşısını ala bilərdi, amma daxili siyasi mübarizədə Rusiyadan asılılıq buna imkan vermədi. Yetərli idi ABŞ desin ki, Ukraynanaın ərazi bütövlüyü pozularsa Budapeşt Memerondumuna görə biz bütün vasitələrlə ona kömək edəcəyik. Amma “yetim quzu” təsiri bağışlayan Obama bəyan etdi ki, Rusiya Ukrayna torpaqlarını işğal etsə, biz Rusiyaya sanksiya tətbiq edəcəyik və beləliklə də Rusiyaya “yaşıl işıq” yandırıldı. Hətta idarə etdiyi inqilabçılara təsir etsəydi ki, 6 ay sonra prezident seçkilərinə gedin, Rusiya öz imicini qoruya bilsin, yenə də qanlı müharibənin qarşısını almaq olardı. İndi görürsünüz, ABŞ öz təyyarədaşıyan gəmilərini Aralıq dənizinə göndərməklə hər kəsə deyir ki, İsarilə yaxın getsəniz başınızı əzərəm. 2014-cü ildə Ukraynaya münasibətdə də bunu edə bilərdi, amma etmədi. Həm də ona görə ki, iki qardaş xalq bir-birinin qanını axıtsın və yüz illərlə aralarında barış olmasın. Təəssüf ki, təcrübəsiz Zelenski mövcud ABŞ siyasətinin eybəcərliklərini, bu ölkənin etibarsızlığını görə, ən yaxın tarixdən nəticə çıxara bilmədi. İndi, onun təcrübəsizliyinin acısını bütün Ukrayna xalqı yaşayır. Müharibə başlayan gündən deyirəm ki, sonda Qərb Ukraynanı ciddi güzəştlərə məcbur edəcək. Qanlı düşmənçilik artıq yaranıb, bundan sonra yardımı azaltmaqla elə bir vəziyyət yaradacaqlar ki, Ukrayna yalvarsın ki, yadım-zad istəmirəm, tez atəşkəsə nail olun.

İsrailə fərqli münasibət həm də ona görədir ki, onun düşməni geri qalmış ərəb dünyasıdır. Zəifin üstünə xoxanlanmağa nə var ki? Rusiyanın isə böyük ərazisi, özünü təmin edən iqtisadiyyatı, nüvə silahı, güclü hərbi sənaye kompleksi var”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – Video

Next Post

Boris Conson İsrailə getdi

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
Boris Conson İsrailə getdi

Boris Conson İsrailə getdi

Alla Puqaçova Rusiyanı tərk etdi

Alla Puqaçova Rusiyanı tərk etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.