"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yetimin göz yaşları…

19 Oktyabr 2015 - 12:37
in KÖŞƏ YAZILARI

Abuzər ƏBİLOV
10369192_751572198221189_8105499097006776915_n

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Yenə cəbhədən yazdım, başqa həyatım olubmu ki?..

Soz vaxtına çəkər. Ağdamda bir Yeddixırman dağı var. Üzbəüzdə xalq tərəfindən Fərrux deyilən daha bir dağ da var.

Bu Yeddixırmana gedən yol bir bəla yoldu. Yağış yağanda zığ-palcığ aləmi basır. Maşınlar sürüşür, bircə QAZ-66 özünü lezvalaya-lezvalaya catdırırdı azuqəni buradakı əsgərlərə.

Bir səhər, çisginli günlərin birində palatkada olan çarpayıya oxşar əndrəbadi yerimdən durub,  üşüyə-üşüyə, üryan ayaqlarımı “botinkaya” saldım və “Əzzağa” deyə anqırdım. Əcəba, bu kopayoğlu Əzzağa hec palatkanın qapısın acmadı, güya bu da mənim murdar canımın cangüdəni idi. Axı bu gədə heç zaman palatkanın qarşısından getməzdi, indi hara cəhənnəm olub görəsən? Komuflyajın da şalvarını yuyub sərmişdi, o da yerində yoxdu. İndi mən bu 18 yaşlı, hisli-pasaxlı papaq geymiş millətin, yəni əsgərlərin qabağına göy tumançaqdamı cıxım?
Nə isə, Allah şeytana lənət eləsin dedim.

Başımda kepka, əynimdə komuflyaj, ayağımda “botinka”, şalvarsız, göy tumançaqda palatkanın örtüyünü hirslə açıb bayıra çıxdım. Yoox, deyəsən nəsə olmuşdu. Ətrafda ins-cins yox idi. Nitqim batdı. Qışqırdım, səsim çıxmadı. Amma fikirləşdim ki, əgər hücum olsaydı, bu qədər ölü kimi yata bilməzdim.

Yuxarı yüyürdüm. Hamı yerində idi. Vəziyyəti soruşdum, dedilər ki, salamatçılıqdı.  Leytenant Hüseynovun ağacda qurumaq istəyən şalvarını tez-tələsik cəkdim əynimə.  Aşağıdan səs gəlirdi.

Orada bir toplum adam var idi. Meşəyə İNSAN gəlmişdi…

QAZ-66 bir qoca nənəni kabinəyə mindirib gətirmişdi. Əsgər Həsənovun nənəsi idi.

Uşağın yetim olduğunu, ata-anasının avtomobil qəzasında öldüyünü bilirdim. Nənəsi saxlayırdı onu. O sağırı da basıb gətirmişdilər bura. O zaman belə şeyləri anlamırdım və hökumətin bəzi it nəsilli məmurlarının hərəkətinə hər səhər bur uzun-uzadı doqquzmərtəbəli söyüş əta edirdim…

Nəsə, nənənin başına yığışmışdı hamı. “Hadisə yerinə” çatıb əvvəlcə Əzzağanın kaskasına bir yumruq vurdum,  sonra nənəni qucaqladım: Allah, ağlayacam mən indi.

ANA ətri gəlirdi ondan. Canı əzablardan, ağrılardan, qayğılardan usanmış, lakin yenə də qoca vücudunda güc tapıb balasının yadigarına dəymək üçün bu zığlı-palçığlı yollara düşmüş bir ANA ətri…

Murdar, haqsız, üfunətli müharibənin içində HƏYAT, MƏHƏBBƏT, SEVGİ ətri vardı bu qoca qadında. Sadəcə özümü uşaq kimi yerə yıxıb, başımı onun dizinə qoymaq, yatmaq və yuxuda ikən bu oğraş dünyaya son vermək keçdi könlümdən. Amma yox, mənə olmazdı ölmək. Ölsəydim, bəs bu cocuqların halı necə olardı? Bir  özündən razı, amma güllə açılan kimi əsgərdən yeyin götürülüb qaçan düdük yollayacaqdılar bura…

ANANIN zəmbilindən çıxartdığı şeylər hec kimə çatmayacaqdı. Kasıbçılığın üzü qara olsun. Balasını öz əli ilə yedirtməyə gəlmişdi…

Dayana bilmədim, qırağa çəkilib  gözdən kənardakı bir kolluqda həmişə olduğu kimi ürəyimi boşaltdım. Sonra hamını sakitcə xidmət yerlərinə göndərdim. Nənəni də yola salmaq lazım idi. Allah eləməmiş nəsli qancıqlar mərmi atardılar, peşimançılıq olardı.

Öpüşüb görüşdük nənə ilə. “Bəhramımı səndən istəyirəm, bala, olanım-qalanım odu” deyib bizdən ayrıldı. Getdi və gedişi ilə özündən sonra ağır bir hüzn qoydu Yeddixırmanda. Həm də elə bil nəyisə apardı özü ilə. Hansısa bir qiymətli kölgə onunla çıxıb getdi Yeddixırmandan…

Hec bir həftə kecmədi ki, Bəhram Həsənov şəhid oldu döyüşdə. Mən nənənin əmanətini qoruya bilmədim.

Şəhadətindən bir necə gün sonra nənə də getdi Bəhramının yanına, qədim Tərtər torpağına…

Hərdən oturub düşünürəm, görəsən,  əmanətə xəyanət etdiyim üçün nənə məni o dünyada mühakimə etməyəcək ki?
Mühakimə etsə, nə cavab verəcəm?!
BİLMİRƏM…

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qubada avtomobil iki piyadanı vuraraq öldürüb

Next Post

Səyyar “ASAN xidmət” Novxanıda

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Səyyar "ASAN xidmət" Novxanıda

AKP-nin qərargahı partladıldı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.