
Yevlax şəhəri Mərkəzi Xəstəxanasında baş vermiş yanğın nəticəsində xəstəxana binasının şaxtasında elektrik kabelləri və 4-cü mərtəbədə 4 ədəd oturacaq yanıb.
Elchi.az-ın FHN-dən aldığı məlumata görə, yanğın zamanı bir neçə xəstə təhlükəsiz əraziyə təxliyyə olunub. Ölən və xəsarət alan yoxdur. Yanğın saat 15:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.



