Yevlaxda dərslik böhranı – Kitablar pulla satılır

15610:12 | Cəmiyyət

Bunu da oxuyun

Orta məktəblərdə ibtidai sinif dərsliklərinin çatışmazlığı yaranıb.

Bu barədə AzNews.az-a açıqlamasında Yevlax rayon 7 saylı orta məktəbdə dərs alan şagirdlərin valideynləri bildirib. Valideynlər qeyd edib ki, onlara sözü gedən məktəbdən 2-ci sinif üçün dərs vəsaitlərinin öz hesablarına əldə etmələri deyilib:

“Tək 7 saylı orta məktəbdə deyil, Yevlax rayonunun bir sıra təhsil müəssisələrində dərsliklər tapılmır. Məktəbə kitablar say ilə gəlib. Amma şagirdlərin bir çoxuna dərs vəsaiti verilməyib. Məktəbdən bildiriblər ki, “kitab şagird hesabına gəlməyib, gedin özünüz alın”. O dərsliklərin qiymətləri 6 manatdan çoxdur. Axı bizim o kitabları almağa imkanımız yoxdur. Kitabın arxasına “pulsuz” yazılıb. Belə bir halda biz o kitaba niyə pul verək”?

Valideynlər Təhsil Nazirliyindən problemlərinin həlli üçün kömək istədiklərini qeyd edib.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728