"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Yıxılma dalğası davam edəcək. Çünki onların dəstəklədikləri icra başçıları, deputatlar var”

14 Noyabr 2015 - 16:42
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Təəssüf ki, prezidentin komandasının bəzi üzvləri ona xəyanət edib. Bu, göz qabağındadır. Əgər dövlət başçısı bu addımları atmasaydı, həm özü, həm də ölkə üçün böyük təhlükələr yarana bilərdi.

Bunu Milli.Az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Pariyasının (VHP) sədri, sabiq millət vəkili Sabir Rüstəmxanlı Milli Təhlükəsizlik Nazirliyi (MTN), eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) baş vermiş qanunsuzluqlardan sonra bu qurumlarda aparılan “təmizləmə əməliyyatı”na münasibət bildərərkən deyib.

S.Rüstəmxanlı bu məsələlərdə sabiq nazir Əli Abbasovu ağır cəzaya layiq bilməyib halına yansa da, onun başına gələnlərin öz səhvi ucbatından baş verdiyini deyib:

“Dünən MTN-nin çətiri altında yallanan, onun çörəyi ilə yaşayan adamlar bu gün hamıdan əvvəl ortaya düşüb bu nazirliklərin əleyhinə çıxış edirlər. Mən bu cür qüvvələri də qəbul etmirəm. Məni bu proseslərdə ən çox ağrıdan Əli Abbasovun rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən getməsi oldu. Çünki Əli Abbasov Azərbaycanın görkəmli alimlərindən biridir. Mən onu tanıyıram və o, nazirlərin içində ən çox güvəndiyim, ən çox etibar etdiyim, mədəni, elmi səviyyəsinə görə ən çox bel bağlanılası adamlardan biridir. Təəssüf ki, ətrafında olan adamlar onu güdaza verdilər. Ona görə də hesab edirəm ki, onun ətrafı cəzaya tam layiqdir. Amma Ə.Abbasov da diqqətsizlik edib, bəlkə də üzüyumşaqlıq edib, bəlkə də həmin adamlara inanıb. Onlar naziri pis vəziyyətdə qoydular. Ona görə də Əli Abbasovun vəzifədən uzaqlaşdırılmasına çox təəssüflənirəm. Qalan proseslər isə tam normaldır. Kim bir dövlət kimi Azərbaycanın mənafeyini bilmirsə, qoyulan vəzifədən sui-istifadə edirsə, cəzasını almalıdır”.

Tanınmış xadim hesab edir ki, bu addımlar digərlərinə də bir ibrət dərsidir:

“Çünki bu gün maraqlı bir mənzərə yaranıb. Bu gün vəzifəyə qoyulan, heç bir şeyi olmayan, sıravi vətəndaşlardan seçilməyən adamlar sabah birdən-birə milyonçu olur, vampirə çevrilib bu ölkənin sərvətini talayırlar. Bu, çox acınacaqlı vəziyyətdir. Bunun hesabını mütləq aparmaq lazımdır. Necə olur ki, onlar üçün belə münbit şərait yaranıb, bu dərəcə haqsızlıqlar edib, bu dərəcədə ölkənin, millətin pul-parasını çapıb-talayırlar?!

Əgər bu gün iki nazirlik bu vəziyyətdədirsə, qətiyyən təminat vermək olmaz ki, yerdə qalan nazirliklər bu vəziyyətdə deyil. Mənə belə gəlir ki, Azərbaycanda nazirliklərin, məmurların vəzifə sahiblərinin çoxu elə bu vəziyyətdədir.

Ona görə də bu məsələləri dərindən götür-qoy etmək lazımdır. Azərbaycanın dövlətçiliyi baxımından pis işləyən məmurları yerində oturtmaq, belələrini vəzifələrdən yığışdırmaq lazımdır. Bu gün rayon icra başçılarının və digər yuxarı vəzifələrə təyin olunanların çoxu təqdimatla qoyulur. Seçilən deputatların çoxu onlar tərəfindən dəstəklənir. Əgər belədirsə, iş iki nazirin vəzifədən çıxarılması ilə bitmir. Bu, çox böyük prosesdir və axıra kimi aparılmalıdır.

Şübhəsiz ki, məmurların yıxılma dalğası davam edəcək. Çünki onların çevrəsi, dəstəklədikləri icra başçıları, deputatlar var. Onlar hamısı bir-birinə bağlıdırlar. Bu zəncirin halqaları bir-bir ortadan götürülməlidir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Olland: “Terrorçulara Fransa daxilindən dəstək verilib”

Next Post

Hilal Əsədov da vəzifəsindən azad olundu

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Hilal Əsədov da vəzifəsindən azad olundu

Vidadi Zeynalovun özünə və Əli Abbasova tikdirdiyi 4 möhtəşəm villa - FOTOLAR

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.