"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yol mədəniyyətimiz

09 Fevral 2015 - 21:26
in KÖŞƏ YAZILARI

Mahir RÜSTƏMLİmahirrustemov_futbol+_1-mediaforum-1

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Hər gün yol qəzalarında qurban gedən onlarla həmvətənimin taleyi haqda çoxdan yazmaq istəyirdim, qismət bu günə imiş. Prinsipcə yeni heç nə deməyəcəm. Hər halda, müşahidələrimi bölüşmək istəyirəm.
Təbii ki, yol hərəkəti qaydalarına riayət ümumi mədəniyyətin bir hissəsidi. Yəni adam mədənidisə, özünü yolda kobud apara, sükan arxasında içkili vəziyyətdə otura, 80-lik yolda 120 ilə şütüyə, heç bir ehtiyac olmadan siqnal verə, ötüşməyin mümkün olmadığı yerdə öndəki maşını sıxışdıra, pəncərəni aşağı endirib maqnitofonun ən uca səsi ilə düşük meyxanaya qulaq asa, qarşıdan gələn maşının sürücüsünü işıqla kor edə (və s. və i.a.) bilməz. Beləliklə, 1-ci nəticə: millətin ümumi mədəni səviyyəsi aşağıdı.
İkinci, özü də 1-ci nəticə ilə birbaşa bağlı olan qənaət. Bəzi vətəndaşlarımızın qəddarlığı, qatil instinkti, aqressivliyi məhz yolda üzə çıxır. Nə qədər acı olsa da, qudurğanlıq sözünü işlətməyə məcburam. Məsələn, deyirlər ki, 2 milyon adamın banklara borcu var. Məncə, bunların ən azı 500 mini sırf layiq olmadığı və para qazanmadığı halda maşın sürmək istəyinə düşənlər, ya da sadəcə, ucuz maşını bəyənməyib bahalıya oturmaq istəyənlərdi. Bankdan götürdüyü məbləğı qazanmadan lovğalanmaq üçün maşın sürənlər isə mənim gözümdə ən azı axmaq adamdı.
Üçüncüsü, bu ölkədə sürücülər kimi, piyadalar da məsuliyyət daşımalıdı. Adam cəmi 5-10 metrlikdə olan yerüstü və ya yeraltı piyada keçidindən istifadə etməyib maşın yoluna çıxırsa, yolu keçə-keçə telefonla danışırsa, qıza (oğlana) mesaj yazırsa, deməli, ölüm mələyinin çiyninə qonmasını istəyir. Təbii ki, bu ironik yanaşmadı, adam babat cərimələnməli və həmin cərimənin hesabına dövlət büdcəsi zənginləşməlidi.
Dördüncüsü, düşük və millətin mədəni səviyyəsini korlayan seriallar əvəzinə yol hərəkətinin təhlükəsizliyi mövzusunda ciddi maarifləndirici proqramlar hazırlamaq, xüsusən də həmvətənlərimizə kəmər taxmağın Aşotla Badrini yox, məhz Məmmədi ölümdən qurtaracağını anlatmaq lazımdı. Təəssüf ki, şəhərdaxili nəqliyyat bir yana, heç şəhərlararası nəqliyyatda da kəmər taxan yoxdu.
Zəruri qeyd: bütün bunları yazmaqla heç də Aydan gəldiyimi göstərmək istəmirəm. Hətta vaxtilə içkili vəziyyətdə maşın sürdüyümü də boynuma alıram. Sadəcə, günün birində anladım ki, bir başqa günahsızın da həyatına son qoya bilərəm… Həmin gün içkili maşın sürməyə yox dedim…

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bizim üçün çətin günlər başladı (VİDEO)

Next Post

Tibbi-sosial ekspertiza sahəsində elektron informasiya sistemi

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Tibbi-sosial ekspertiza sahəsində elektron informasiya sistemi

İkiqat Azərbaycan çempionu həbs edildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.