"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yol polisində sürücüləri belə aldadıb “şirinlik” alırlar

02 Fevral 2016 - 19:57
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Sürücü cəriməni ödəyəndən sonra yol polisləri «vəsiqə məhkəməyə göndəriləcək» deyib qorxudurlar

YPX inspektorları cəriməsini ödəməyi gecikdirdiyi avtomobilləri saxlayıb cərimə meydançasına apardıqda sürücülük vəsiqəsini qaytarmırlar. Avtosfer.az saytı ilə əməkdaşlıq edən Fuad Məmmədov bu barədə yazır:

“Şənbə günü YPX əməkdaşının “saxla” əmri ilə avtomobili saxladım. Polis əməkdaşı bildirdi ki, mart ayından ödənilməmiş cəriməniz var. O cəriməni onlayn ödənişlə etdiyim barədə məlumat verdim, qəbzin elektron sürətini göstərdim (sonradan məlum olur ki, bort-kompüterlərində problem yaranıb və köhnə məlumatlarla işləyir – bu barədə digər yazıda məlumat verəcəyik – avtosfer.az). Lakin polis əməkdaşı Baş İdarə ilə əlaqə saxlayaraq, yeni sistemdən yoxlatdırdı və 3 ay öncə etdiyim digər qayda pozuntusuna görə cərimə meydançasına sürməyimi tələb etdi.

Maşını cərimə meydançasına qoydum. Lakin polis əməkdaşı avtomobilində əyləşərək “sürücülük vəsiqəni 11-ci otaqdan gedib götürərsən” – deyib uzaqlaşmaq istədi. Qanunda sürücülük vəsiqəmin onlarda qalmalı olduğunu isbatlayan maddəni göstərmələrini tələb etdim. Uzun söz-söhbətdən sonra inspektor əlacsız qalıb vəsiqəmi qaytardı. Bazar günü müraciət etdiyim heç bir yerdə ödənişi edə bilmədim – apus.az işləmirdi, mia.gov.az-ın müvafiq bölməsində xəta mövcud idi, ASAN Ödəniş sistemi də həmçinin. Bazar ertəsi (01.02.2016) bankda cəriməni ödəyib, cərimə meydançasına yollandım. Nəzarətçi bildirdi ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsində 11-ci otağa yaxınlaşmalıyam. Oraya da getdim. Deyilən otaqda sənədlərimi və ödəniş barədə qəbzi göstərdim. Polis mayoru sürücülük vəsiqəmi götürdü, dedi bu, məhkəməyə gedəcək – 313-cü maddə ilə (3 aydan gec ödəməyə görə sürücülük hüququmun məhdudlaşdırıb-məhdudlaşdırılmadığına məhkəmə qərar verəcək).

Mayordan vəsiqəmi özlərində saxlayarlarsa, avtomobili hansı sənədlə idarə edəcəyimi soruşdum. Digər tərəfdən, əlavə etdim ki, cərimə ödəniləndən sonra sürücülük vəsiqəsi hansı əsasla məndən alınır? Və ya, məhkəməyə göndərilən sənədlərdə göstərsəniz ki, sürücü cəriməni ödəmədiyi üçün sürücülük hüququ məhdudlaşdırılsın, o zaman məlum olacaq ki, mən cəriməni ödəmişəm. Təxminən 20 dəqiqəlik söhbətdən sonra sənədimi özümə verdilər. Dəhlizdə digər sürücülər məndən soruşurdular ki, sənədi qaytarmağa nə qədər pul verdin? Məlum oldu ki, burada cəriməni ödəyəndən sonra sürücülük vəsiqəsini yol polisindən almaq üçün “şirinlik” vermək lazımdır».

– See more at: http://www.cebhe.info/oxu/12170/#sthash.m58LQ5rY.dpuf

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Əli Həsənov: İtkilərimizin böyük hissəsi kompensasiya olunacaq

Next Post

“NBCBank” digər banklarla birləşir

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

“NBCBank” digər banklarla birləşir

Bakıya gətirilən qanlı bananlar - açıqlama

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.