"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yol Polisindən bu sürücülərə XƏBƏRDARLIQ

30 Aprel 2018 - 09:00
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

“Paytaxtın yollarında hərəkət iştirakçılarının təhlükəsizliyinin etibarlı təminatı, ləngimələri yaradan hallar üzrə müşahidə olunan xətaların aradan qaldırılması diqqət mərkəzindədir”.
Elchi.az-ın xəbərinə görə, bunu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib .
O, bildirib ki, hər bir hərəkət iştirakçısı təkcə qanun qadağaları ilə yox, həm də mənəvi məsuliyyətini aydın dərk etməlidir ki, dayanma, durma və parklanma qaydalarının pozulması, yollarda sıxlıq, tıxaclar və ləngimələr yaradır.
“Sürücü və piyadaların “tələsirəm, görmədim, bilmədim, xəstəm var, adam gözləyirəm – bir dəqiqəyə gəlir, uşaq məktəbdə qalıb, yolu tanımıram, dərman alıram”, – deyə-deyə dayanma, durma və parklanma qaydalarını pozması yollarda gündəlik vərdişə çevrilib. Başqa müşahidə olunan hallar da var. Məsələn, dayanma, durma və parklanma qaydalarını pozmaqla, nəqliyyat vasitəsini tərk edərkən mütləq avtomobilin salonunda “keşikçi-sərnişin” təyin edir. Bu keşikçinin məqsədi tərəfimizdən nəqliyyat vasitəsinin evakuasiya olunmasının qarşısını amaq, “bu dəqiqə gəlir” – deməkdən ibarət olur”, – deyə o bildirib.
Başqa metodlar da tapılıb – daxili işlər orqanlarının və digər hüquq mühafizə orqanlarına məxsus fərqləndirmə nişanları olan gödəkçə, baş geyimi və mətbu qəzet və nəşrlərini və digər vasitələri əldə edib, nəqliyyat vasitəsinin görünən yerində qoymaqla, deyir ki, “avtomobilimə toxunmayın…”. Bu halları edənlər mütləq bilməli və agah olmalıdır ki, yolverilməz olan hər bir hal ictimai qınaq yaradır, foto və videoları çəkilməklə sosial şəbəkələrdə açılan müzakirələrdə diqqəti yol polisinin fəaliyyətinə yönəldir: “Hətta səbəblər o qədər sadədir ki, bu vəziyyəti yaradanlar özlərini haqlı hesab edir. İnzibati xəta tərkibi olduğunu nəzərə almadan yol verilən bu hallar yol polisini qayğılandırır. Əgər gün ərzində tərəfimizdən dayanma, durma və parklanma qaydalarının pozulması ilə 800-dən artıq inzibati protokol tərtib olunursa, 2000-dən artıq sürücüyə şifahi xəbərdarlıq varsa, onların arasında polisdən narazılıq edənlər tapılır. Hər bir hərəkət iştirakçısı nəzərə almalıdır ki, qanunla qorunan inzibati hüquqlar yollarda təkcə ictimai təhlükəsizliyin təminatını yox, hərəkət iştirakçılarının ünvana vaxtında çatmasına yönəlib. Yalnız dayanacaq meydançasında, yol nişanlarının tələbinə əməl etməklə, sərnişinləri mindirmək və ya düşürtmək üçün müvafiq yerlərdə nəqliyyat vasitələrinin dayandırılmasına qanunla icazə verilir.
Əgər bir sürücü nəqliyyat vasitəsini yolun hərəkət hissəsində saxlayıb, qəza işıqlarını yandırmaqla kimisə bir dəqiqə gözləyirsə, yaxud 30 saniyə intervalında kimisə mindirib düşürürsə, paytaxtın ən az yüklü olan küçə və prospektlərinin ikizolaqlı və üçzolaqlı eyni istiqamətli yollarında 60-dan artıq nəqliyyat vasitəsinin zəncirvari olaraq, günün pik və adi saatlarından asılı olaraq, 3-10 dəqiqə arasında ləngimə yaradır. Tərəfimizdən aparılan bu hesablamalar göstərir ki, yollarda süni olaraq yaranan bu hallar yalnız sürücü düşüncəsinin dəhlizlərində nəzərə alınmayan səhlənkarlıqdır. Bu hallar paytaxt sürücüləri sırasında çoxluq təşkil etməsə də gün ərzində hərəkətin intensiv olduğu küçələrdə sıx müşahidə olunmaqdadır”.
Hər bir hərəkət iştirakçısı nəzərə almalıdır ki, yol mədəniyyəti insanları və cəmiyyəti birləşdirən əsas meyardır: “Bu meyarı qorumaq hər birimizin hüquq və vəzifəsi olmaqla qalmır, həm də mənəvi məsuliyyətidir. Çünki yollarda məsuliyyət həddən artıq fərdidir, özünəməxsusluq daşıyır. Hər bir hərəkət iştirakçısı – sürücü, piyada yollarda şəxsi maraqlarını yox, bütün cəmiyyətimiz üçün adi həyat norması olan qanunlara ehtiramla yanaşmaqla əməl etməlidir”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Moskvada planlaşdırılan terrorun qarşısı alınıb

Next Post

ADNA-da törədilən terror aktından 9 il ötür

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
ADNA-da törədilən terror aktından 9 il ötür

ADNA-da törədilən terror aktından 9 il ötür

Düşmən atəşkəs rejimini 92 dəfə pozdu

Düşmən atəşkəs rejimini 92 dəfə pozdu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.