"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yol polisindən sürücülərə növbəti xəbərdarlıq

15 Dekabr 2021 - 13:31
in HADİSƏ

Sürücülərin yuxulu və yorğun halda sükan arxasında əyləşməsi ağır yol nəqliyyat hadisələrinin baş vermə səbəblərindən biridir. Belə ki, istirahət etmədən, fasiləsiz uzun müddət avtomobil idarə etmək həm sürücü, həm də digər hərəkət iştirakçıları üçün olduqca təhlükəlidir.

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Elchi.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev deyib.

“Belə halda sükan arxasına əyləşib uzaq yola çıxan sürücülərin yol qəzası törətdikdən sonra “yuxulu olmuşam”, “yorğun olmuşam” ifadəsini işlədərək özlərinə bəraət qazandırmağa çalışması isə qəbuledilməzdir, çünki bu səbəbdən baş vermiş hadisələr bəzən bir neçə şəxsin həyatını, sağlamlığını itirməsinə gətirib çıxarır, neçə-neçə ailələrdə faciə yaşanır”, – şöbə rəisi bildirib.

O qeyd edib ki, bu ilin iyul ayının 9-da Bakı-Qazax yolunun Ucar rayonu ərazisindən keçən hissəsində “Mersedes-Benz Vito111” markalı avtomobilin sürücüsü sükan arxasında yatır və qarşıda eyni istiqamətdə hərəkətdə olan “Hovo” markalı avtomobilin arxa hissəsinə çırpılır, 5 nəfər hadisə yerində ölür, 2 nəfər yaralanır:

“Eyni səbəbdən oktyabr ayının 13-də Bakı şəhəri Aeroport şosesində “Mersedes-Benz” markalı yük avtomobili qarşıda gedən sərnişin avtobusuna çırpılır, nəticədə 5 nəfər həlak olur, 26 nəfər isə xəsarət alır”.

“Qeyd edək ki, hadisə nəticəsində sürücünün özü öldüyü halda, qəzanın onun sükan arxasında yatması səbəbindən baş verdiyini müəyyən etmək də çətin olur. Amma belə hadisələr haqda hər bir sürücü eşidir, kütləvi informasiya vasitələrində geniş məlumatlar yayımlanır, DYP tərəfindən çağırışlar edilir. Hətta inkişaf etmiş ölkələrdə də bu məsələ çox aktualdır. Elə ona görə son dövrlərdə istehsal olunan bir çox nəqliyyat vasitələrində 2 saatlıq fasiləsiz hərəkətdən sonra avtomobilin salonundakı monitorda fasilə etmək barədə xəbərdarlıq mesajı əks olunur.

Müşahidələrimiz göstərir ki, yenə də bu məqamlara diqqət etməyən sürücülər var. Son 2 ay ərzində təkcə respublika əhəmiyyətli avtomobil yollarında sürücülərin sükan arxasında yuxulaması səbəbindən 9 ağır yol-nəqliyyat hadisəsi baş verib. Əsasən də sərnişindaşıma fəaliyyəti ilə məşğul olan bəzi sürücülər daha çox qazanc əldə etmək məqsədilə uzaq məsafəli yolu gün ərzində istirahət etmədən, əzgin halda bir neçə dəfə gedib-gəlməyə çalışırlar. Normal yuxu rejiminə əməl etməyən insanı təbii olaraq yolda yuxu tuta bilir və ağır hadisəsin baş verməsinə şərait yaranır.

Bundan başqa, istehsal ili köhnə olan bəzi nəqliyyat vasitələrinin mühərrikindən ixrac olunan qazların qoxusu texniki nasazlıq nəticəsində avtomobilin salonuna daxil olur ki, bu özü də insana yuxu gətirir. Bəzən səhhəti ilə bağlı müəyyən problemlər yaşayan sürücülər olur, müxtəlif dərman preparatları içərək sükan arxasına əyləşirlər ki, həmin dərmanlar da müəyyən əzginlik, yuxululuq yarada bilir və bu da öz növbəsində yol qəzalarının baş vermə riskini artırır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin nəzərinə çatdırır ki, bu kimi bədbəxt hadisələrdən qorunmaq üçün iş və istirahət rejiminə düzgün riayət etsinlər, heç olmasa 2-3 saatdan bir fasilə edib, sonra yola davam etsinlər. Sürücülərin qısa müddət dayanıb dincəlməsi mənzil başına sağ-salamat çatmaları, həm özləri, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir”, – şöbə rəisi vurğulayıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Laçın polisindən əməliyyat: qanunsuz ov edənlər saxlanıldı

Next Post

Saxta COVİD-19 pasportu satan tibb bacısı saxlanıldı

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post
Saxta COVİD-19 pasportu satan tibb bacısı saxlanıldı

Saxta COVİD-19 pasportu satan tibb bacısı saxlanıldı

Məktəblərdə Yeni il şənlikləri keçiriləcək? – Rəsmi

Məktəblərdə Yeni il şənlikləri keçiriləcək? – Rəsmi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.