Sürücü aşkar şəkildə pozulmuş haqqını bərpa etməkdən ötrü döymədiyi qapı qalmayıb – bütün qapılardan gələn cavablarda yol polisinin özbaşınalığı təsdiqini tapır, amma heç kim tədbir görmək istəmir. Hadisə 02 noyabr 2015-ci il tarixdə İmişli rayonu ərazisində baş verib. 99 BA 027 dövlət nömrə nişanlı VAZ 2106 markalı avtomobili idarə edən Saatlı şəhər sakini Əliyev Nizami Hüseynalı oğlu İmişli Dövlət Yol Pilisi bölməsinin inspektoru Elvin Nəhmədov tərəfindən saxlanılıb. Polis əməkdaşı ona bildirib ki, avtomobil texniki baxışdan keçməyib. Lakin sənədləri araşdırarkən məlum olub ki, avtomobil texniki baxışdan keçib və növbəti texniki baxışın vaxtı hələ çatmayıb. Cəhdinin boşa çıxdığını görən DYP inspektoru ona bildirib ki, sən təhlükəsizlik kəmərindən istifadə etməmisən. Sürücü isə bildirib ki, o hər zaman kəmərdən istifadə edir və indi də avtomobili kəmərlə idarə edirdi. Amma Elvin Nəhmədov heç bir sübut təqdim etmədən ona protokol tərtib edib, sürücü protokolu imzalamaqdan imtina edib və sənədlərini geri tələb edib. Lakin Elvin Nəhmədov avtomobilin qeydiyyat şəhadətnaməsini və sürücülük vəsiqəsini ona qaytarmaqdan boyun qaçırıb. Sürücü dərhal hadisə barədə DİN-in 102 xidmətinə məlumat verib və avtomobilinə əyləşərək çıxıb gedib.
Sonradan Əliyev Nizami Hüseynalı oğlu DYP Saatlı rayon bölməsinə çağırılıb, protokol barədə ona bildiriş verilib və sənədləri geri qaytarılıb. Sürücü 10 günlük müddət bitmədən yuxarı qurumlara – DYP-nin rəisi Ramiz Zeynalova şikayət edib və protokolda göstərilmiş inzibati xəta ilə bağlı sübutları tələb edib. DYP inzibati xəta ilə bağlı ona heç bir sübut təqdim edə bilməyib, amma bununla belə protokolu qüvvədə saxlayıb. Üstəlik, qanunsuz olaraq sənədləri girov saxlayan inspektor barədə də heç bir tədbir görülməyib.
sənədlərini geri qaytarmaqdan boyun qaçırıb. Bu məsələ ilə bağlı saytımıza açıqlama verən DYP ictimaiyyətlə əlqələr şöbəsinin rəisi Kamran Əliyev inspektorun əməlləri ilə bağlı araşdırma başlatmaq əvəzinə sürücünü günahkar çıxarıb: “Əgər belə bir fakt olubsa, niyə indiyə kimi sürücü susub? Qanunsuz pul tələb edirdilərsə, prokurorluq orqanlarına müraciət edərdi. Amma o, aylarla susub, indi danışır”. Yəni belə çıxır ki, sürücü hadisə barədə gec danışıbsa, daha inspektorun heç bir günahı qalmır – hətta adam öldürübsə, belə…Sürücü aşkar şəkildə pozulmuş haqqını bərpa etməkdən ötrü döymədiyi qapı qalmayıb – bütün qapılardan gələn cavablarda yol polisinin özbaşınalığı təsdiqini tapır, amma heç kim tədbir görmək istəmir. Hadisə 02 noyabr 2015-ci il tarixdə İmişli rayonu ərazisində baş verib. 99 BA 027 dövlət nömrə nişanlı VAZ 2106 markalı avtomobili idarə edən Saatlı şəhər sakini Əliyev Nizami Hüseynalı oğlu İmişli Dövlət Yol Pilisi bölməsinin inspektoru Elvin Nəhmədov tərəfindən saxlanılıb. Polis əməkdaşı ona bildirib ki, avtomobil texniki baxışdan keçməyib. Lakin sənədləri araşdırarkən məlum olub ki, avtomobil texniki baxışdan keçib və növbəti texniki baxışın vaxtı hələ çatmayıb. Cəhdinin boşa çıxdığını görən DYP inspektoru ona bildirib ki, sən təhlükəsizlik kəmərindən istifadə etməmisən. Sürücü isə bildirib ki, o hər zaman kəmərdən istifadə edir və indi də avtomobili kəmərlə idarə edirdi. Amma Elvin Nəhmədov heç bir sübut təqdim etmədən ona protokol tərtib edib, sürücü protokolu imzalamaqdan imtina edib və sənədlərini geri tələb edib. Lakin Elvin Nəhmədov avtomobilin qeydiyyat şəhadətnaməsini və sürücülük vəsiqəsini ona qaytarmaqdan boyun qaçırıb. Sürücü dərhal hadisə barədə DİN-in 102 xidmətinə məlumat verib və avtomobilinə əyləşərək çıxıb gedib.




