"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yol polisindən vəzifəli şəxslərə xəbərdarlıq – “Day-day” dövrü bitdi

26 Oktyabr 2017 - 14:05
in aktual-banner, Banner, Cebhe-banner, CƏMİYYƏT MANŞET, MANŞET

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Yol polisindən vəzifəli şəxslərə xəbərdarlıq
Artıq bir müddətdir ki, mediada bəzi yüksək vəzifəli şəxslərin, məmurların xidmətində olan avtomobillərin yol hərəkəti qaydalarının əməl etməmələri, yol polisi tərəfindən yazılmış cərimələri ödəməmələri barədə məlumatlar yer alır.

Elchi.az xəbər verir ki, məsələ ilə bağlı milli.az-ın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, ötən 5 ildə Bakıda baş verən yol qəzalarının, eləcə də ölən və xəsarət alanların sayı getdikcə azalır. Hətta ötən illə müqayisədə inzibati məsuliyyətə cəlb edilən sürücülərin də sayında azalma müşahidə edilib. Bütün bunlar isə qanunvericilikdə edilən dəyişiklər və yol polisi tərəfindən görülən tədbirlər nəticəsində əldə olunub:

“Bu o deməkdir ki, yol polisi yerindədir, işləyir, həmçinin, tətbiq edilən cəzalar və onların təsir mexanizmi müsbət nəticələr əldə etməyə imkan verir. Hadisələr, ölən və xəsarət alanlar azalırsa, bu yaxşıya doğru dəyişiklik deməkdir. Konkret faktlar üzrə tərəfimizdən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür. Əgər İnzibati Xətalar Məcəlləsində vəzifəli, yaxud hüquqi şəxslərin cərimələnməsi nəzərdə tutulubsa, birmənalı olaraq bu barədə protokol tərtib edilir. Artıq “mən filankəsəm, məsuliyyətə cəlb edilə bilmərəm” söhbəti yoxdur.
Bu gün paytaxt ərazisində, ümumiyyətlə, ölkədə yollarda tətbiq edilən müasir texnologiya, yol polislərinin istifadə etdikləri yeni texniki vasitələr artıq “day-day”, “filankəsəm”, “dosta zəng” kimi şeyləri tanımır”.

Bölmə rəisi qeyd edib ki, qanun kimliyindən, peşəsindən və vəzifəsindən asılı olmayaraq hamı üçün eynidir: “Əgər mən özüm yol polisi polkovniki olaraq şəxsi avtomobilimi könüllü sığortalayıramsa, onu vaxtında texniki baxışdan keçirirəmsə, bunları həm qanunlara hörmət naminə, həm də cərimə ödəməmək üçün edirəm. Bunu ona görə etmirəm ki, kimdənsə qorxuram. Xeyr, sadəcə qanun deyir ki, bu belə olmalıdır. Hamı bilir ki, avtomobil sığorta olunmayanda, texniki baxışdan keçməyəndə, sürücü kəməri taxmayanda müasir texnika və texnologiyanın tətbiq edilməsinin nəticəsində avtomatik məsuliyyətə cəlb edilir.

Artıq milli xüsusiyyətimiz, mentalitetimizlə bağlı təhlükəli vərdişlər yavaş-yavaş unudulur. Bizdə də yol hərəkəti mədəniyyəti getdikcə formalaşır. Təhlükəsizlik kəmərini taxanların sayı gün-gündən artır. Vaxtilə işıqforun qırmızı işığında keçənlər özünü qəhrəman hesab edirdisə, indi açıq-aşkar başa düşür ki, bu qəza deməkdir. Vaxtilə sükan arxasında mobl telefonla danışmaq dəb idisə, indi buna görə yüksək məbləğdə cərimə olunduğunu anlayıb etmirlər. Vaxtilə sərxoş vəziyyətdə avtomobili idarə edənlər kiməsə və ya nəyəsə arxalanırdısa, indi statistik göstəricilər onu deməyə əsas verir ki, kimliyindən asılı olmayaraq belə hal aşkarlanırsa, o, qanun qarşısında cavab verməli olur.
Bir daha bəyan edirəm ki, indiki dövrdə “dosta zəng” və ya “görmədim”, “bilmədim”, “filankəsəm” kimi ifadələrin işlədilməsi keçərli deyil!”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Lerikdə ev uçdu

Next Post

DİN Gəncədəki insidentlə bağlı məlumat yaydı – Polis tüfənglə hədələnib

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post

DİN Gəncədəki insidentlə bağlı məlumat yaydı - Polis tüfənglə hədələnib

Dəbdəbəli qəbirüstü abidələrin qoyulmasına icazə verilməyəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.