"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yol Polisinin lisenziyasız radarları – QALMAQAL

30 Mart 2018 - 13:06
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Texnologiya inkişaf etdikcə, yollardakı qayda pozuntularını da aşkarlamaq asanlaşır. Bunun üçün bir çox texniki vasitə var. Bu sahədə 2015-ci ildə ölkəmizə gətirilən yol patrul avtomobillərində olan “İ-patrul” sistemi xüsusilə seçilir. Bu “hərəkət edən radar” istənilən yerdə durub qayda pozuntularını aşkarlaya bilər. Amma iddialara görə “İ-patrul” texniki vasitəsi Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən lisenziya almayıb. Bu iddialar nə qədər doğrudur?

Məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib ki, dövlət tərəfindən alınmış xüsusi texnikanın lisenziyası olmaya bilməz.“Patrul avtomobillərində mövcud olan “İ-patrul” sistemi hər il Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində müvafiq  standartlardan keçir. “İ-patrul” sisteminin standartdan keçdiyi tarix və növbəti yoxlamadan keçəcəyi tarix komitənin tərtib etdiyi protokolda öz əksini tapır. Əgər kiminsə onunla bağlı bir şübhəsi, narazılığı varsa, müraciət edə bilər, onunla bağlı biz ətraflı məlumat verərik. Amma hər bir şəxs arxayın olsun ki, onlar dövlət səviyyəsində alınmış xüsusi texniki vasitələrdir. “İ-patrul” sistemi təkcə sürət həddini aşanları qeydə alımır, bir çox funksiyaları var. O cihazların istifadəsi qanunvericilikdədə nəzərdə tutulub. Həmin cihazlar avtomatik rejimdə çalışır, onun ölçməsində insan faktoru yoxdur. Kimsə düşünməsin ki, polis əməkdaşı patrul avtomobilinin içərisində oturub istədiyi avtomobili radara salır. Əgər “İ-patrul”un görünüş sahəsində hər-hansı bir avtomobil yol hərəkəti qaydalarını pozursa, o halda həmin avtomobil qeydə alınır və Baş Dövlət Yol Polisi İdarisinin Mərkəzi İnformasiya sisteminə göndərir, nəticədə real vaxt rejimində həmin şəxs barədə inzibati xəta haqqında elektron protokol tərtib edilir.

K.Əliyevin sözlərinə görə, yol patrul avtomobili istənilən yerdə dayanıb qayda pozuntularını aşkarlaya bilər.

“Yol patrul avtomobilləri hətta hərəkətdə olan zaman belə «İ-patrul»lar qarşıdan gələn, onunla eyni istiqamətdə gedən müəyyən olunmuş sürət həddini  aşan nəqliyyat vasitələrinin sürət həddini müəyyən edə bilir və onların sürücüləri haqqında elektron protokol tərtib edir. Amma müəyyən ərazilər var ki, təhlükəlidir. Məsələn, yaşayış məntəqələrində, xüsusilə də rayonlararası yolların üzərində yerləşən yaşayış mənqələrinin bəzilərində sürət həddi 60 km/saat  müəyyən olunur, sürücülər o sürət həddinə riayət etsinlər deyə, həmin ərazilərdə nizamlanmayan piyada keçidi olduğundan təhlükəsizliyin təmin olunması məqsədi ilə patrul avtomobillərini saxlayırıq ki, ən azından sürücülər patrul avtomobilini görəndə sürət həddini aşağı salsın. Bu da bir çox yol qəzalarının, xüsusilə də piyada vurma hadisələrinin qarşısını alır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiya ABŞ-ın 60 diplomatını ərazisindən çıxarır

Next Post

Razi Nurullayev Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, seçicilərlə görüşüb – FOTO

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Razi Nurullayev Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, seçicilərlə görüşüb – FOTO

Razi Nurullayev Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, seçicilərlə görüşüb – FOTO

Azərbaycanda hər 4 nəfərdən birinin kredit borcu var – Deputatlar Hökumətə MÜRACİƏT ETDİLƏR

Azərbaycanda hər 4 nəfərdən birinin kredit borcu var - Deputatlar Hökumətə MÜRACİƏT ETDİLƏR

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.