"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yollardakı son vəziyyət açıqlandı

12 Yanvar 2023 - 10:07
in SOSİAL

Hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı saat 09:00-a olan vəziyyət açıqlanıb.

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

“Zəfər yolu”nda yağıntı yoxdur, 10-12 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi və bununla yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

Toğanalı – Kəlbəcər – İstisu yolunda qar yağmır, yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 15-20 dərəcə şaxta müşahidə olunur. Yolda buzlaşmaya qarşı müvafiq tədbirlər davam etdirilir.

Bakı – Quba yolunda yağıntı yoxdur, yolun Siyəzən və Şabran rayonları ərazisindən keçən hissəsində 4-5, Quba və Qusa rayonları ərzisindən keçən hissəsində 8-10 dərəcə şaxta var. Yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində (92-95 km, Bakı istiqamətində) güclü külək yolun hərəkət hissəsində qar yığıntıları əmələ gətirmişdir ki, bu da nəqliyyatın hərəkətində çətinlik yaradıb. Cəlb olunmuş xüsusi təyinatlı texnika vasitəsilə yol qardan təmizlənmiş, nəqliyyatın hərəkəti bərpa olunmuşdur, yol boyu qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Xınalıq kəndi ərazisində 16 dərəcə şaxta var.

Giləzi – Xızı yolunda yağntı yoxdur. Yolun qardan təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirər görülüb. Xızı rayonu ərazisində 8-10 dərəcə şaxta var. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

Bakı-Qobustan yolunda zəif qar yağır, yol qardan təmizlənir, bununla yanaşı duz-qum səpilir. Qobustan rayonu ərazisində 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Qobustan – Şamaxı – Muğanlı yolunda zəif qar yağır, yol qardan təmizlənir, bununla yanaşı duz-qum səpilir. Şamaxı rayonu ərazisində 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı – Ağsu-Yevlax: Muğanlı ərazisində zəif qar yağır, buzlaşmanın aradan qaldırılması ilə əlaqədar yola qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

Muğanlı – İsmayıllı: Muğanlı ərazisində zəif qar yağır, 4-5 dərəcə şaxta var. Yolun mailliyi cox olan hissələrindədə, körpülərdə və yolun meşə zolağından keçən hissələrində buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirər görülüb. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

İsmayıllı – Qəbələ – Oğuz- Şəki yolunda yağıntı yoxdur, İsmayıllı və Qəbələ rayonları ərazisində 4-5 dərəcə şaxta var. Yolun İsmayıllı-Qəbələ hissəsində buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülüb. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.

Yevlax – Şəki – Qax – Zaqatala yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Şəmkir – Gədəbəy yolunda yağıntı yoxdur, hava dumanlıdır, Gədəbəy rayonu ərazisində 8-10 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

Gəncə – Daşkəsən yolunda yağıntı yoxdur, marşrut üzrə 13-17 dərəcə şaxta müşahidə olunur. Daşkəsən rayonu ərazisində hava dumanlıdır. Yolda buzlaşmaya qarşı qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

Ələt – Astara yolunda yağıntı yoxdur, 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Masallı – Yardımlı: Yardımlı rayonu ərazisində yağıntı yoxdur, 6-7 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam edir. Hərəkət təmin olunub.

Lənkəran – Lerik: Lerik rayonu ərazisində yağıntı yoxdur, 8-9 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam edir. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

Bakı – Ələt – Hacıqabul – Ucar – Yevlax – Gəncə – Qazax yolunda zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul – Bəhramtəpə – Horadiz: Hacıqabul rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

BQXK maşınları Laçına buraxıldı

Next Post

Müharibə iştirakçısı qətlə yetirildi

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post
DİN Goranboydakı mikroavtobus qəzası ilə bağlı araşdırma aparır

Müharibə iştirakçısı qətlə yetirildi

Qərbi Azərbaycan İcması müraciət yayıb

Qərbi Azərbaycan İcması müraciət yayıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.