Çinin Çançji şəhərində yol qəzası baş verib.
Elchi.az xəbər verir ki, yoldan çıxan yük maşını uçurumun kənarında 100 metr hündürlükdə asılı vəziyyətdə qalıb.
Yerli sakinlərin sözlərinə görə, sürücü dağ yolunun nəqliyyat vasitəsinin keçməsi üçün çox dar olduğunu görüb və geriyə dönərkən qəza baş verib.
Sürücü və sərnişin hadisədən xəsarət almadan xilas olub.




