Yüksək bal toplayanların ən çox seçdiyi ixtisas

Bunu da oxuyun

Yüksək bal toplayanların ən çox seçdiyi ixtisas
Son illərdə Azərbaycanda müəllimlik ixtisasına maraq artıb.

Elchi.az trend-ə istinadən xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov “SABAHın müəllimi” adlı ali məktəb müəllimlərinin I Forumunda çıxışı zamanı deyib.
C.Bayramov bildirib ki, 2015-2016-ci illərdə qəbul imtahanında ən yüksək – 500-700 bal toplayan 1000 nəfərdən çox abituriyent elektron ərizəsində ilk ixtisas kimi müəllimliyi göstərib.
Nazir müavini əlavə edib ki, 2016-cı ildə rekord sayda – 34 min nəfər müəllim mərkəzləşdirilmiş işə qəbul müsabiqəsində iştirak etmək üçün müraciət edib.
C.Bayramovun sözlərinə görə, hazırda “2007-2015-ci illər üzrə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nın 100-dən çox məzunu ali məktəblərdə müəllim kimi fəaliyyət göstərir: “Müəllim faktoru hər zaman təhsil sistemində əsas amil olaraq qalacaq. Təhsil Nazirliyi müəllimlərin fəaliyyəti üçün bütün şəraiti yaradacaq ki, gənclər də müəllimlərin potensialından faydalana bilsin”.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728