Yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan 92 qeyri-qanuni miqrant İzmir açıqlarına çıxarılıb, 32 qeyri-qanuni miqrant tutulub.
Elchi.az xəbər verir ki,Sahil Mühafizə Komandanlığının internet saytında yer alan açıqlamaya görə, Dikili rayonu sahillərində rezin qayıqda bir qrup nizamsız miqrantın olması xəbəri üzərinə Sahil Mühafizə gəmisi və Sahil Mühafizə katerləri bölgəyə göndərilib.
Yunan ünsürləri tərəfindən Türkiyənin ərazi sularına itələdiyi rezin qayıqlarda olan 48 qeyri-qanuni miqrant xilas edilib.
Sahil Mühafizə qrupları da Dikili sahillərində rezin qayıqla 44 nizamsız miqrantı gəmidən endirib.
Çeşme rayonunda Sahil Mühafizəsinin təyyarəsi tərəfindən təsbit edilən rezin qayıqda olan 32 nizamsız immiqrant yaxalanıb.
Nuranə Məmmədova




