Yunanıstanın paytaxtı Afinanın da daxil olduğu Attika bölgəsində Asiya pələngi ağcaqanadına görə xəbərdarlıq elan edildiyi bildirilib.
Elchi.az xəbər verir ki, Yunanıstanın paytaxtı Afinanın da daxil olduğu Attika Bölgəsi Xalq Sağlamlığı və Sosial Xidmətlər Baş Müdirliyinin dərc etdiyi bəyanatda, iqlim şəraitinə görə Asiya pələngi ağcaqanadlarının sayının artdığı bildirilib və həyəcan vəziyyəti elan edilib.
Açıqlamada Attika bölgəsinin bir çox bölgəsində Asiya pələngi ağcaqanadlarının sayının əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə artdığı və bu artımın son həftələrdə yüksək rütubət, yağış və isti hava kimi iqlim şərtlərindən qaynaqlandığı bildirilib.
Açıqlamada, dərmanlama işlərinin davam etdiyi bildirilib və ağcaqanad dişləmələri nəticəsində yaranan narahatlığın artmasının qarşısını almaq üçün qorunma təlimatlarına əməl edilməsi tövsiyə edilib.
Şayəstə Hüseynova






