Yunanıstanda meşə yanğınları ilə mübarizə davam edir.
Elchi.az xəbər verir ki, Yunanıstan yanğınsöndürmə idarəsi ölkə daxilində 79 fərqli nöqtədə yanğınların olduğunu açıqlayıb. Yanğının davam etdiyi bölgələrin Rodos, Attika və Lakoniya olduğu bildirilib.
Yunanıstanın yanğınsöndürmə xidməti açıqlamasında deyib: “Rodosdakı adanın mərkəzindəki dağ silsiləsində yanğınlarla mübarizə aparırıq. Hadisə yerinə 125 yanğınsöndürən və 35 texnika, 4 təyyarə və 3 helikopter cəlb olunub. Lakoniyada yanğınlar daha tez-tez baş verir və bəzi hallarda yanğın cəbhələri yaradır. Onlarla mübarizə aparmaq üçün 25 avtomobillə 75 yanğınsöndürən, o cümlədən 5 təyyarə və 2 helikopter çalışır”.
Nuranə Məmmədova




