Yunanıstanın Euboea adasının sahillərində mülki vertolyot dənizə düşüb.
Elchi.az xəbər verir ki, Yunanıstan Dövlət Televiziyası ERT-nin bölgədən verdiyi məlumata görə, AW109 tipli mülki vertolyot Volos Sənaye Bölgəsinə getmək üçün Euboea adasındakı Mandudi bölgəsindən ayrılıb.
Hadisə şahidlərinin sözlərinə görə, havada qeyri-adi manevrlər edən helikopterin bir müddət sonra radarla əlaqəsi kəsilib və helikopter naməlum səbəbdən Ahladi sahilində dənizə düşüb.
Helikopterdəki 2 nəfərin axtarış-xilasetmə işləri davam edir.
Euboea adasında dünəndən etibarən güclü yağış və duman kimi pis hava şəraiti hökm sürür.
Şayəstə Hüseynova




