Yunanıstanın Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə Departamentinin rəhbəri Charalambos Vurliotis Avropa Parlamentinin vitse-prezidenti Eva Kailinin və Yunanıstanda onunla əlaqəli olan şəxslərin maliyyə aktivlərinin dondurulmasını əmr edib.
Belçika Federal Prokurorluğu dekabrın 9-da elan edib ki, adı açıqlanmayan Körfəz ölkəsi AP-nin qərarlarına təsir etmək üçün bir neçə ay ərzində AP-də strateji mövqedə olan insanlara külli miqdarda nağd pul verməkdə və yüksək dəyərli hədiyyələr təqdim etməkdə şübhəli bilinir.
Elchi.az xəbər verir ki, açıqlamada, axtarışlar zamanı ümumilikdə 600 min avro dəyərində nağd pul, kompüter avadanlığı və mobil telefonların ələ keçirildiyi bildirilib.
Mətbuatda yayılan xəbərlərdə AP-nin keçmiş vitse-prezidenti Eva Kaili və bəzi millət vəkillərinin AP-nin iqtisadi və siyasi qərarlarına təsir etmək üçün Qətərdən rüşvət aldıqları iddia edilib.
Belçika mətbuatının yazdığına görə, AP-nin 14 vitse-prezidentindən biri Kaili və Sosialistlər və Demokratlar Mütərəqqi Alyansının (S&D) keçmiş italiyalı deputatı, İtaliya Articulo Uno Partiyasının üzvü, baş katib Pier-Antonio Panzeri Saxlanılanlar arasında Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi Luka Visentini və S&D qrupunun köməkçisi Giorgi Françesko da var.
Rəsmi açıqlamalarda Kaili və digər parlamentarilərin “korrupsiya istintaqı” çərçivəsində saxlanıldığı bildirilir.
Şayəstə





