Yanğınsöndürənlər yüksək temperatur şəraitində, +46 dərəcəyə qədər işləyirlər.
Elchi.az xəbər verir ki, Yunanıstanın yanğınsöndürmə xidmətləri hazırda ölkə üzrə 90 irimiqyaslı meşə yanğınını söndürür.
Xilasedicilər anomal istilər şəraitində işləməli olurlar – havanın temperaturu Selsi üzrə 46 dərəcəyə qədər yüksəlir. Bu barədə ölkənin Yanğından Mühafizə Xidmətinin mətbuat katibi Yannis Artopios məlumat verib.
Yunanıstanda hava şəraiti hazırda ən çox yanğın təhlükəlidir – güclü küləklər və yüksək hava temperaturu. Bununla əlaqədar olaraq, sürətlə yayılan yeni yanğınlar daim meydana çıxır.“Bu gün bütün yayın ən ağır günü olduğunu nəzərə alsaq, bütün mülki müdafiə qüvvələri ekstremal şəraitdə fəaliyyət göstərir. Son 24 saat ərzində ölkədə 61 meşə yanğını baş verib və ümumilikdə ərazi üzrə yanğınsöndürmə briqadaları 90 yanğınla mübarizə aparır”, – deyə Artopios bildirib.
Şayəstə Hüseynova




