"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yuvenaliya tələbə festivalı

09 May 2015 - 10:27
in XƏBƏR LENTİ

Yuvenaliya tələbə festivalı

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Berlindən Krakova gəlməyə hazırlaşırdım, alman həmkarım təhsil üçün getdiyimi biləndə soruşdu.
– Bilirsən Yuvenaliya nədir?
– Yox.
– Soruşarsan. Təxminən bir il sonra, may ayında daha yaxşı biləcəksən.
Yuvenaliyanın Polşada tələbə festivalı olduğunu gələndən bir az sonra öyrəndim. Artıq bir neçə gündür başlayıb, şəhərdə çox gözəl bir ab-hava var. Sanki bu şəhərdə ancaq gənclər yaşayır.
İlk dəfə on beşinci əsrdə qeyd olunan bu festival günümüzdə açıq hava altında böyük konsertlərlə, içki partiləri ilə, tələbələrin müxtəlif kostyumlarda etdikləri çılğınlıqlarla yadda qalır. Yuvenaliyada hər kəs dərsi unudur, bir neçə gün özünü əyləncəyə verir. Ən az üç gün davam edən bu festivalda tələbələr üçün küçədə içki içmək sərbəst olur. (Avropada açıq yerlərdə, küçələrdə, parklarda içki içmək qadağandır). Tələbələrin elədikləri hər hansı çılğınlığı polislər “Yuvenaliyadır” deyib yola verirlər. Festival bitdikdən sonra şəhərin mərkəzi meydanı və yataqxanaların ətrafı içki butulkaları ilə dolu olur. Yəni qısacası, dövlət üç günü verir tələbələrin ixtiyarına, deyir ki, gedin kef eləyin.
İlk baxışdan bizim cəmiyyətimiz üçün dağınıqlıq kimi görünə bilər, amma hər kəs bunu istədiyi kimi qeyd etməkdə sərbəstdir. Bu festivalı daha sadə şəkildə qeyd eləyənlər də var, məcbur deyil ki, mütləq çılğınlıq eləyəsən.
Bütün bunları görəndə türk köşə yazarı Yılmaz Özdilin gənclərlə görüşdə dediyi “dağıtmasanız, toplaya bilməzsiniz” ifadəsi yadıma düşür. “Günümüzdəki siyasətçilərimizin problemi gəncliklərini yaşamamış olmalarıdır” ifadəsi də həmin müəllifə aiddir və mühafizəkar insanları yaxşı təsvir eləyən bir ifadədir. Doğrudan, əgər bir insan gəncliyini yaşamayıbsa o zaman onun gənclərə qarşı anlayışlı davranması mümkün deyil.
Azərbaycanda orta məktəbdə oxuyan şagirdlər üçün tələbə həyatı xeyli dərəcədə əsrarəngiz görünür. Bu bəlkə də azərbaycanlıların digər müsəlman şərq ölkələri arasında malik olduqları üstünlükdür. Azərbaycanlılar təhsil almaqda maraqlıdırlar, tələbə həyatı yaşamağa meyllidirlər. Valideynləri də övladlarının ən yaxşı universitetdə oxumalarını istəyir. Amma universitetə qəbul olduqdan sonra uşaq görür ki, əslində burada dərsdən (dərs də dərs olsa barı) əlavə heç bir şey yoxdur. Dövlət, universitet onun əylənməsi, AzTV təbirincə desək, asudə vaxtını səmərəli keçirməsi üçün heç nə eləmir, heç bir tədbir, parti-zad düzəltmir. Ekskursiya-filan olur, tələbələrdən pul yığırlar. Konsert isə ildə iki dəfə, bir dərs ilinin açılışında, bir də qapanışında olur. Bundan əlavə, universitetdə oxuyan hər bir tələbə elə təhsilə başladığı ilk gündən etibarən böyüklərin, qart müəllimlərin basqısını hiss edir. Yazıq gənc universitetdə bir gün görmür, ailədə bir gün görmür, sevgilisini götürür ki, parkda gəzsin, polis tutur cərimələyir. Maliyyə basqısı bir tərəfdən, tələbələr üçün hər hansı bir güzəştin olmaması bir tərəfdən. Qərəz, yazıq baxır ətrafına görür ki, oxumaq üçün heç bir motivasiya qalmayıb, hər şeydən əlini üzür. Heç bir azərbaycanlı gənc tələbəliyini möhtəşəm bir şeymiş kimi xatırlamaz. Bunu yalnız imkanlı məmur uşaqları deyə bilər. Qalanları üçün tələbəlik ancaq müəllimlərin mənasız istəklərini qarşılamaq olub.
Azərbaycanda gənclərə heç bir səhv etmək imkanı tanınmır. Əvəzində yaşlılar ürəkləri istədikləri qədər səhv edirlər və bunun cəzasını gənclər çəkir. Amma onlara yaşamaq, gəzmək, əylənmək imkanı verilsə, onlar həyata daha fərqli baxa bilər, bacarıqlarını daha da genişləndirə bilərlər. Ola bilsin, nələrisə səhv edərlər, amma bu  indiyə qədər səhvlərinin nəticələrini çəkdiyimiz adamların səhvlərindən daha yüngül olar. Və onu da düzəltmək gəncə çətin vəziyyətdən çıxmaq, etdiyi səhvi düzəltmək bacarığı verər. Xülasə, həqiqətən də dağıtmasaq, toplamaq olmaz.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

BMM-də dəyirmi masa : “Anti-Azərbaycan qüvvələri: olduqları və göründükləri kimi”

Next Post

8 yaşlı uşaq çemodanda Mərakeşdən İspaniya ərazisinə gətirilib

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

8 yaşlı uşaq çemodanda Mərakeşdən İspaniya ərazisinə gətirilib

İbrahimoviç Türkiyəyə transfer ola bilər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.