“Yuventus”un qapıçısı Mattia Perin koronavirusa yoluxub.
Bunu klubun mətbuat xidməti açıqlayıb.
29 yaşlı qolkiperin testi müsbət nəticələnib. İtaliyalı karantinə alınaraq komandadan təcrid olunub.
Qeyd edək ki, Perin cari mövsümdə 6 oyunda 7 top buraxıb.






