
Yaponiyada yorğun və yuxu həsrətində olan şəxslərin yatması üçün yuxu otaqları istifadəyə verilib.
Hotellərdən fərqli olaraq, insanlar bu otaqlarda bir və ya bir neçə saat qalaraq həmin müddətin pulunu ödəyirlər. Yuxu otaqlarına müraciət edənlərin böyük əksəriyyətini evində azyaşlı uşağı olan şəxslər təşkil edir. Onlar gecə saatlarında yuxuya həsrət qaldıqları və ofisdə də yata bilmədikləri üçün sözügedən xidmətdən maksimum istifadə edirlər. Bir saatlıq yuxu otağının məbləği 5 dollardır. Otaqlarda həzin musiqi, rahat atmosfer var.
Hətta orada müştərilər bəlli saatdan sonra onları oyatmaq üçün xidmət sahibinə müraciət də edirlər. Bunun üçün əlavə 1 dollar məbləğində vəsait ödəmək lazımdır.



