"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01
in KÖŞƏ YAZILARI

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm… Xəritəni də istinadsız paylaşa bilərsiz. 

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Kür çayının suyunun formalaşmağında Türkiyənin rolu 5-10% arası olar, ya olmaz. Su hövzəsinin 2-3%-i Türkiyənin payına düşür. Bu yerləri ortalamadan 2-3 dəfə artıq aktiv su toplama ərzisi götürsək, yenə də 10%-i keçmir. Yəni Türkiyə Kürün suyunu tam kəssə də vəziyyət bu qədər acınacaqlı olmamalıdır. Amma kəsmir.

Bu yerlər ciddi ölçüdə suvarma əkinçilik edilməyəcək qədər dağlıq ərazilərdir. Buzlaqlar filan da yoxdur. 1400-2700 metr arası bizim Gədəbəy və Tovuz rayonları qədər yerlərdir. 2-3 dənə Mingəçevirin quyruğu boyda su anbarları tikilib. O da su elektrik stansiyalarıdır, suvarma əhəmiyyətli deyil. Yəni sudan enerji əldə edir, su öz axarı ilə davam edir. Su anbarlarının dolma müddətində bir müddət su kəsilə bilər amma balaca su anbarlarıdır.
Kür çayında Türkiyənin rolu ən sonuncudur. Türkiyənin adı ona görə çəkilir ki, Kür ordan başlayır. Ordan başlamağına isə biz qərar vermişik. Gürcüstandan da başlaya bilərdi, ən uzaq qolu Türkiyədən başlayır, ona görə belə qərara gəlmişik. Kür Türkiyədən Gürcüstana keçəndə Tərtərçayı kimi bir çaydır. Sərsəng su anbarı belə onların tiktikləri su anbarlarından qat-qat böyükdür. Gürcüstandan, Ermənistandan, Azərbaycandan Kürə onlarla Tərtərçayı kimi və daha güclü çaylar qovuşur.

Ermənistanda Kürün su toplama hövzəsi Türkiyədən daha geniş və daha yüksək dağlıq ərazilərə düşür. Və o ərazilərdə də nə ciddi bir suvarma var, nə SES-lər. Qazaxla sərhəddə kiçik bir çayın üzərində kiçik bir anbar var. Yerli kənd əhəmiyyətli problem yaradır.
Gürcüstan Kürün suyunun formalaşmasının ağırlığını görür. 4000 metr+ yüksək dağlardan buzlaqlardan başlayan çaylar bol yağıntılı ərazilərdən keçir. Gürcüstanda Kürün hövzəsində suvarılan ərazilər də çox deyil. Onlar da bizdəki qədər suvarmaya ehtiyac yoxdur çünki yağıntı çox düşür. Bizə yaxın quraq yerlərdə isə əksəri qış otlaqları kimi istifadə edilir.
Kürün dərdi 3 yuxarı ölkənin vecinə deyil, o ərazilərində su qıtlığı da yoxdur. Kürün suyu onların ərazilərində formalaşır bizə Qırmızı Körpüdən nə keçir böyük şeydir. Qonşu ölkələr ərazilərində formalaşan Kürün suyunun cuzi hissəsini istifadə edirlər qalanını bizə pay verirlər. Dövlət rəsmiləri bunu yaxşı bilir. Ona görə qonşu ölkələrə qarşı heç bir rəsmi iddia yoxdur. Qeyri-rəsmi şişirdilmiş məlumatlar yaymaqla kütləni doyuzdururlar.

Qonşu ölkələri qınamaq üçün Kürü gedib Qırmızı Körpüdə çəksinlər ki, baa qurudublar. Kür bizə gəlir biz onu quruduruq. Çeyrançöldən tutmuş, Korçaydan, Ağyazıdan, Haramı düzündən tutmuş Mil Muğan düzlərinə qədər nə qədər qış otlağı var idi basıb əkmişik. Yüz min hektarla yayda ilan mələyən çöllərdə ancaq qışda az miqdar ot örtüyü olan yerlərdə intensiv suvarma ilə əkin başlatmışıq. Zorla yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır. Qış otlaqlarının yerindəki aqroparkların hamısı məmur biznesmenlərindir. Bu həm də ədalətsiz rəqabətdir. Kimsə pul yatırır torpaq alır. Bunlar qış otlağını qəpik quruş icarə ilə götürür əkin edir. Ancaq məmur biznesmenlərin bu imkanlara çıxışı var. Suyu da birinci onlar istifadə edir. Çatsa qara camaata da sızdırırlar.
Qış otlağı itəndə yaylağa da getməyin mənası qalmır çox. Çobanlar ya işi dayandırır, ya da yemə keçir, istehsal azalır və xərclər artır. Nəticədə daha az və daha xərcli ət daha baha satılır.

Əlavə. Misal üçün Ceyrançöldə son illər başladılan əkinləri göstərim. 100-ə yaxın çevrə var, hər biri 70 hektar. 7000 hektar. Orda çevrə olmayan yerlər də var. Ən az 10 min hektar orda əkiblər. İlan mələyir yayda orda.

Xəritənın izahı
Kür çayının ölkələr üzrə su hövzəsi (Araz çayı xaric)
Qırmızı – Türkiyə
Göy – Ermənistan
Ağ – Gürcüstan
Yaşıl – Azərbaycan

Cavid Qara

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Vatsapda yeni funksiya: zəng edənlər…

Next Post

Azərbaycanın ilk özəl aviaşirkəti ləğv olunur

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Azərbaycan amansız bir savaşın içərisindədir

Azərbaycan amansız bir savaşın içərisindədir

14 Sentyabr 2022 - 20:37

"Bu gün hamı informasiya savaşı barədə danışır. Amma Azərbaycan cəmiyyətinin informasiya savaşı anlayışı münaqişənin ilk illərində olduğundan çox da irəli...

Next Post
Azərbaycanın ilk özəl aviaşirkəti ləğv olunur

Azərbaycanın ilk özəl aviaşirkəti ləğv olunur

Ombudsman MM-də illik məruzə ilə çıxış edir

Ombudsman MM-də illik məruzə ilə çıxış edir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.