Qurban Yetirmişli: “İtaliyanın seysmoloji cəhətdən Azərbaycanla heç bir əlaqəsi yoxdur”
Oktyabrın 30-da səhər saatlarında Mərkəzi İtaliyada 6,6 bal gücündə zəlzələ baş verib. Bunun ardınca sutka ərzində 200-dən çox yeraltı təkan qeydə alınıb. Zəlzələnin episentri 5 min insanın yaşadığı Norça şəhəri yaxınlığında yerləşir. Nəticədə şəhərin tarixi hissəsinin xeyli zərər gördüyü, təxminən 20 nəfərin xəsarət aldığı bildirilir. Həlak olanlar və ya itkin düşənlər barədə məlumat verilmir. Şəhər əhalisinin böyük əksəriyyəti artıq təhlükəli rayonlardan təxliyə olunub.
Yerli hökumətin hesablamalarına görə, hazırda 100 min nəfərə yaxın insanın yardıma ehtiyacı var. Yeraltı təkanlar ölkənin bütün ərazisində, həmçinin Romada və digər iri şəhərlərdə hiss olunub. Dağıdıcı zəlzələdən sonra evlərini itirmiş təxminən 8 min insan artıq sığınacaqlarda və mehmanxanalarda yerləşdirilib. Sığınacağa ehtiyac duyan insanların bir çoxu isə hələ ki avtomobillərdə və şəhərin küçələrində quraşdırılmış çadırlarda yaşayır. Qeyd edək ki, Avropa ölkələrində zəlzələlərə az sayda rast gəlinir. İtaliyada dağıdıcı zəlzələnin olması “Azərbaycanda da bu cür zəlzələnin başvermə ehtimalı ola bilərmi” sualını ortaya qoyur. Ümumiyyətlə Azərbaycan hansı fayllarda yerləşir? İtaliya faylının Azərbaycan ərazisinə bir aidiyyəti varmı?
Respublika Seysmoloji Mərkəzinin direktoru Qurban Yetirmişli İtaliyada olan zəlzələnin Azərbaycana heç bir aidiyyəti olmadığını dedi: “Zəif təkanlarla enerji boşalması gedir. İtaliyanın seysmoloji və tektonik quruluş cəhətdən Azərbaycanla heç bir əlaqəsi yoxdur”.
Ekoloq Telman Zeynalov İtaliyadakı zəlzələnin doğrudan da təbii fəlakət olmasının şübhə altında olduğunu dedi: “Biz Şərq ölkələri ilə əlaqəliyik, İtaliya isə qərbdə yerləşir. Bunun da bizə heç bir aidiyyəti yoxdur. Son dövrlərdə İtaliyanın apardığı siyasətə baxın. Bütün Avropa ölkələri Rusiyaya qarşı embarqo tətbiq edir, İtaliya isə sanksiyaları qəbul etmir. İtaliyada zəlzələ törətməyə nə var ki?! Zəlzələ silahı Amerikanın əlindədir. Orada zəlzələyə səbəb məhz bu siyasi oyunlar da ola bilər. Həm də təbii fəlakət də ola bilər. Orada zəlzələ 30-35 il əvvəl baş verib. O zaman 5,7 bal gücündə olub. İndi isə gəlib çıxıb 6,7-yə. Nə qədər dağıntı var. İtaliyada dağılan binalar köhnə binalardır. Onların ömrü çoxdan bitib. Orada 5-6 bal gücündə davamlı zəlzələ olsa, binaların hamısı dağılacaq. Çünki qədimi tikilən binalardır. Bundan qabaq olan zəlzələlər həmin binaları yerindən yavaş-yavaş tərpədib. Bu binaları bərkitməyiblər. Ona görə də indi zəlzələ bu binaları vurub dağıdıb. Ən azı yüz minlərlə insan evsiz eşiksiz qalıb”.
T.Zeynalov Azərbaycanın zəlzələ ocaqlarının fərqli olduğunu bildirdi: “Bizimki Böyük və Kiçik Qafqaz dağlarıdır. Bunlar cavan dağlardır. İndi də bu dağlar fəaliyyətdədir. Hər il haradasa yarım, bir santimetr yuxarı qalxırlar, yəni hərəkətdədirlər. Bu isə onu göstərir ki, bura zəlzələ ocaqlarıdır. Azərbaycanda il ərzində 2-3 minə yaxın xırda yeraltı təkanlar baş verir. Hansısa elmi ocaq deyib ki, guya Azərbaycanda 9 bal gücündə zəlzələ gözlənilir. Nağıl danışırlar, bu, tamamilə yalandır. Panika yaradacaq təbii fəlakət ehtimalı yoxdur. Ancaq bir məsələ var ki, silahlar var. İstədikləri yerdə zəlzələ yaratmaq üçün bu silahlardan istifadə edirlər. Məsələn, Yaponiyada zəlzələləri yaradan Amerika idi. Bu təbii fəlakət deyil, süni fəlakətdir. Süni surətdə silahlardan istifadə edib hamısını öz əsarəti altına almaq, apardığı siyasətə tabe etmək istəyirlər”.