” Xüsusilə seçki öncəsi bunun baş verməsi diqqət çəkən məqamlardan biridir. Baş vermiş hadisəyə görə cəmiyyətdə həmrəylik formalaşıb. Həmrəy olan cəmiyyətdən ixtidadarın öz xeyrinə istifadə edib etməməsi mühüm məsələlərdən biridir”. Bu sözləri Elchi.az saytına açıqlamasında siyasi eksprt Asif Nərimanlı deyib.
O həmçinin qeyd edib:” Proses təzə baş verdiyi üçün baş qarışıq olduğu müddətdə müxalifət prosesi siyasiləşdirməyə çalışır. Qarşıdakı dövrdə bu proses daha da şiddətlənəcək. Amma birinci olaraq zəlzələnin fəsadlarını aradan qaldırılması kampaniyası üzərində real praktiki addımlarla ona qarşı olan ittihamlarla itirilmiş xalı təzədən qazana bilər. Digər tərəfdən müxalifətə qarşı əsas fikir belə olacaq ki, faciə üzərində siyasi xal qazanmağa çalışaşacaqlar. Çünki həqiqətən müxalifətin edə biləcəyi əsas məsələ budur. Amma mənim fikrimcə müxalifətin bunu etməsi səhv bir addımdır. Tədricən proses bu həddə qədər çıxa bilər ki , bu da daha ciddi ittihamlara gətirib çıxarar. Burada əsas məsələlərdən biri də seçkinin vaxtında yəni ayın 14 də keçrilib keçrilməyəcəyidir. Əgər vaxt uzadılarsa çox güman ki iyuna qədər ola bilər. Ortada belə bir fikirlər də var ki, bu müddət 1 ilə qədər uzadılsın. Qarşıdakı dövrdəki vəziyyətdən asılı olaraq dəyişiləcək. . Sadəcə müxalifətin əsas problemi fikir ayrılığına olmasıdır”.
Havar Şəfiyeva





