Zəngilan istiqamətində magistral qaz kəmərinin layihələndirilməsi işləri aparılır.
Bunu “Azəriqaz”ın Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov “Açıq qapı” aksiyası çərçivəsində jurnalistlərə bildirib.
O bildirib ki, sözügedən qaz kəmərinin layihələndirmə prosesi hələ başa çatmayıb.
T. Cəfərov əlavə edib ki, növbəti mərhələdə isə Zəngilan rayonunun qazlaşdırılması məsələsi duracaq.






