"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Zərərçəkənlər “A.M.A.Y. Abdulla”nın üzünə dayanmaq istəmirlər

14 Aprel 2015 - 09:51
in GÜNDƏM

img1789510Abdulla Abdullayevin məhkəməsində maraqlı faktlar üzə çıxır

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə “A.M.A.Y.” rəhbəri Abdulla Abdullayev, daha beş nəfər – Elşən Nəzərov, Heydər Rzayev, Mehman Məmmədxanlı, Vidadi Qurbanov və Nadejda İlyasovanın işi üzrə məhkəmə prosesi davam edir. Müttəhim kürsüsünə çıxarılanlara qarşı dələduzluq, mənimsəmə, vəzifədən sui-istifadə kimi ittihamlar irəli sürülüb. A.Abdullayev istisna olmaqla, digərlərinin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Dünənki prosesdə iş ürə zərərçəkmiş kimi tanınan Nadir Əliyev təqsirləndirilən şəxsləri tanımadığını, Abdulla Abdullayevin isə adını eşitdiyini bildirib. “Xudafərin” MMC-nin tikdiyi binada mənzil aldığını deyən N.Əliyev heç bir şikayət və tələbinin olmadığını vurğulayıb.
Zərərçəkmiş Elzamin Məmmədov isə bildirib ki, mənzilin pulunu ödəsə də, bina tam təhvil verilmədiyinə görə yaşamaq mümkün deyil. O, mənzilin yaşayışın mümkün olduğu səviyyədə – kanalizasiya, lift və digər xidmətlər də daxil olmaqla, təhvil verilməsini tələb edib. Vəkilin sualına cavab olaraq zərərçəkən bildirib ki, tələbi Abdulla Abdullayev və digər təqsirləndirilənlərdən deyil, “Xudafərin” MMC-dir.
Rəşid Şərifov da tələb və şikayətinin olmadığını, özünü zərərçəkmiş hesab etmədiyini məhkəmənin diqqətinə çatdırıb. İrina Qocayeva da binanın gec təhvil verilməsindən narazılığını bildirərək, müqaviləni “Xudafərin” MMC ilə bağladığını deyib. Buna görə də MMC-dən mənzilini tələb etdiyini, lakin təqsirləndirilənlərdən şikayəti olmadığını vurğulayıb. Saleh Tağıyev də eyni məzmunlu ifadə verib.
Elşad Tağıyev isə bildirdi ki, 2005-ci ildə “Xudafərin” MMC ilə bağladığı müqavilə əsasında pulunu ödəyərək, sözügedən binada 93 kv/m sahəsi olan obyekt alıb. “Bir müddət əvvəl obyektə gedəndə Pərviz adlı bir vəkil çıxdı ki, həmin ərazi məhkəmə qərarına əsasən ona məxsusdur” – deyən zərərçəkən obyektini tələb etdiyini bildirdi.
Ötən prosesdə ifadə verən Orxan Cəfərov adlı zərərçəkən və mülki iddiaçı da eyni problemlə üzləşməsi barədə məhkəmədə ifadə vermişdi.
Abdulla Abdullayev bununla bağlı bildirib ki, Toma ləqəbli  şəxsdən vaxtilə 600 min manat pul götürüb, əvəzində əsas məbləğlə yanaşı 210 min manat da əlavə faiz ödəyib: “Həmin pulu Tomaya göndərəndə aparan adam pulun üzərindən 25 min manat götürüb. Buna görə də o, mən tutulan zaman vəziyyətdən sui-istifadə edərək, məhkəmə yolu ilə həmin obyektlərlə bağlı qərara sahib olub”.
A.M.A.Y. rəhbəri bildirdi ki, bu da həmin məsələ ilə bağlıdır. O, Toma ləqəbli xanımın məhkəməyə çağırılaraq dindirilməsini istədi.
Züleyxa Məmmədova ifadəsində mənzili aldığını bildirdi və mənzilin sənədlə tam təhvil verilməsini istədi. O da tələbinin A.Abdullayevdən deyil, “Xudafərin”dən olduğunu bildirdi.
Proses aprelin 14-də davam edəcək.
A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. O, Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və ya israf etmə, yalançı sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə təqsirləndirilir.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ukraynaya sülhməramlı qüvvələr yeridilməyəcək

Next Post

Dollar və avro ucuzlaşıb

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Dollar və avro ucuzlaşıb

Ceyhun Mirzəyev şəhid aktyor - FOTO-VİDEO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.