Azərbaycan prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Əlahəzrət şeyx
Xəlifə bin Zayed Al Nəhyana təbrik məktubu göndərib.
APA-nın xəbərinə görə, dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik günü münasibətilə Xəlifə bin Zayed Al Nəhyanı təbrik edib.
“Əminəm ki, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik” – deyə məktubda bildirilir.



