"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Zahid Oruc: “Müəyyən qüvvələr növbənin onlara da çatacağını gözləyirlər, ona görə də…”

20 Dekabr 2016 - 09:43
in XƏBƏR LENTİ
Zahid Oruc: “Müəyyən qüvvələr növbənin onlara da çatacağını gözləyirlər, ona görə də...”

Azərbaycanda iqtisadi gərginliyi yaradan hansısa sirli və gizli əllərin fəaliyyətdə olduğu, ölkə başçısının apardığı islahatları sabotaj etmək istəyinə düşənlərin mövcudluğu barədə mediada müxtəlif xəbərlər, siyasilərin, iqtisadçıların dilindən açıqlamalar yayılmaqdadır. Qeyd edilir ki, prezidentin imzaladığı anti-böhran tədbirləri barədə tapşırıqları, yol xəritələri, struktur islahatları bir çox məmurları qorxuya.
Təşviş içində olan məmurlar bu layihənin həyata keçməsindən sonra ölkədə islahatların, şəffaf idarəçiliyin daha da güclənəcəyini yaxşı dərk edir. Ona görə də gəlir mənbələrinin kəsiləcəyi xəbəri bürokrat məmurları, korrupsioner və oliqarxa çevrilmiş bəzi nazirləri əndişələndirib.
Bildirilir ki, bir sıra məmurlar qəsdən sosial vəziyyəti ağırlaşdırır və xalqla prezidenti üz-üzə qoymağa cəhd edir. Bu şəbəkənin məqsədi prezidentə təzyiq etmək, islahatları ləngitmək, antiböhran tədbirlərini tormozlamaq və ən əsası onları gözləyən istefaların vaxtını uzatmaqdır. Çünki düşünürlər ki, prezidentin başlatdığı islahatlar nəhayət onların vəzifələrini itirməsi, imkanlardan məhrum olmasını şərtləndirə bilər. Ona görə də bu aqibəti yaşamamaqları üçün əllərində olan müxtəlif rıçaqlarından islahatlara mane olmağa, çalışrılar, sabotaj yolunu tuturlar. Ölkə başçısının islahatlar planına əngəl ola biləcək, sabotaj yolu ilə islahatların qarşısında dayan biləcək qüvvənin olub-olmadığı barədə sualımıza cavabında deputat Zahid Oruc bildirdi ki, kimlərsə sabotaj fikrinə düşə bilərlər, islahatların qarşısını ala biləcək güc ölkədə yoxdur.
Zahid Oruc qeyd etdi ki, idarəetmənin xarakteri, hakimiyyətdə təmsil olunanların tələblərindən biri müxtəlif mənafeləri hər hansı siyasi kursu müdafiə eləyərkən həm də bunun özünün gələcəkdə proseslərdə nə yarada biləcəyini hesablamaqdır: “Məsələyə bu prizmadan baxanda hər kəs qeyd edilən mənafe uğrunda savaşların nə dərəcədə dərin getdiyini görməkdədir. Bu, bütün dünyada belədir və başadüşüləndir. Bu, artıq son yüz ildə Avropada tez-tez dəyişən hakimiyyətlər fonunda fərqli vəziyyət yarada bilər. Amma postsovet məkanında hələ ki, belə deyil. Faktiki olaraq yalnız Azərbaycana xas olan məsələ deyil ki, iqtisadi sferada islahatlar, məsələn, lisenziyaların verilməsindəki sadələşdirmələri zamanı avtomatik olaraq insan amili ortadan qalxan kimi o saat həmin sferada müəyyən qüvvələr öz nəsiblərini alacaqdılar və bu da onlarda müəyyən narazılıqlarını bildirmiş olacaqdılar. Yaxud da tutaq ki, nəqliyyat sferasında islahatlardan sonra bir çox prosedurlar ASAN Xidmət tərəfindən həyata keçirilir. İslahatların xalq naminə aparılmasından danışanda deyirəm ki, ASAN Xidmət çoxları üçün görkdür.
2016-cı ildə cənab prezident islahatları böyük miqyasda aparılacağını elan etdi. Bəlkə də iki nazirliyin birinin dağıdılıb tamamilə ayrı struktura çevrilməsi, digərinin isə səlahiyyətindəki bəlli qara mexanizmlərin sındırılması istiqamətində getdiyindən mümkündür ki, müəyyən qüvvələr növbənin onlara da çatacağını gözləyirlər və ya ehtimal edirlər. Ona görə də öz mənafelərini qorumaq yollarını düşünə bilərlər”.
 
Deputatın sözlərinə görə, nəzərə almaq lazımdır ki, əgər nazirlikdə hər hansı konkret vəzifəli şəxslər eyni zamanda biznes fəaliyyəti aparacaqlarsa, burada maraq toqquşması avtomatikdir: “Bunu da biz kəşf eləməmişik, dünyada keçilmiş yoldur. Belə olan təqdirdə yaxşı olar ki, həmin şəxslər vəzifələrindən gedirlər və biznes fəaliyyətləri ilə məşğul olurlar. Ölkə başçısının iradəsinə gəldikdə, heç şübhəsiz ki, burada ən önəmli məsələ odur ki, prezidentin ən böyük komandası xalqdır. Prezident burjuaziyanın müəyyən qədər ölkə mənafeləri üçün çalışmalarını təmin edə bilir, eyni zamanda sadə xalqı da öz ətrafında cəmləşdirir. Nə hökumət strukturları, nə də parlament bu etimadı daşımır. Bunu hər kəs bilməlidir. Belə olan təqdirdə islahatların qarşısında dayana biləcək hər hansı bir qüvvə ya şəxs yoxdur. Müəyyən bir müqavimət, sabotaj elementləri müxtəlif qiymət siyasətində və nələrdəsə özünü göstərə bilər. Ancaq bu, islahatların qarşısını almaq gücündə ola bilməz. Dövlət başçısı addım-addım sadəcə cəzalandırma ilə, həbsə atmaqla deyil, bəzən islah etməklə, müsbət nümunələrlə və ya bir nazirliyin səlahiyyətlərini başqa bir quruma verməklə, yaxud da o səlahiyyətləri ümumiyyətlə ləğv eləməklə islahatları həyata keçirməkdə, bu proseslərə doğru getməkdədir.
Neftin qiymətinin aşağı düşməsi yaxşı siyasi komandaların da qiymətini müəyyən mənada realist olaraq ortalığa çıxarır və ölkə başçısı güclü komandaya dayanan siyasi xəttə ölkəni irəliyə aparmaq qərarındadır. 2016-cı islahatların böyük hissəsi gedib və 2017-ci ildə də gözləntilərimiz ondan ibarətdir ki, bu proses daha da uğurla davam edəcək. Bu proses kadr islahatlarını da, siyasi islahatları da, struktur islahatlarını da əhatə edəcək”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Dəmir günbəz”, kamikadze-dron, elektron silahlar – düşmənin yeni təlaşı

Next Post

Putin qəzəbləndi: `Səfirimiz alçaqcasına qətlə yetirilib` – (VİDEO)

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Putin qəzəbləndi: `Səfirimiz alçaqcasına qətlə yetirilib` - (VİDEO)

Sui-qəsd gecəsi Putin hara gedirmiş? - Qəribə təsadüf

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.