"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Zahid Oruc prezidentliyə namizəd oldu – Rəsmi

16 Dekabr 2023 - 11:30
in GÜNDƏM, XƏBƏR LENTİ

Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc prezident seçkilərində namizəd olacağını açıqlayıb.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Elchi.az xəbər verir ki, bu barədə o özü açıqlama yayıb.

Z.Oruc yaxın günlərdə sənədlərini rəsmi olaraq Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyini bildirib:

“Vətən müharibəsindən sonra keçirilən ilk seçkilərdə iştirak hər bir vətənsevər azərbaycanlının müqəddəs amalı, son 300 illik tariximizin dönüş anı, mühüm dövlətçilik imtahanı və beynəlxalq siyasi hadisədir. 100 il əvvəl qazi Mustafa Kamal Atatürk Qurtuluş savaşından sonra Cümhur Başkanı, Ulu Öndər Heydər Əliyev 1993-cü il Xilaskarlığı ilə prezident seçilərək, yeni milli dövləti elan etdikləri kimi, 8 noyabr Zəfər və 20 sentyabr “Bütövlük günü”ndən sonra İlham Əliyev təkcə azad torpaqlarda deyil, bütöv Azərbaycanda Yeni-4-cü Respublika quruculuğunu dünyaya bəyan edir.

Ermənilərin Qarabağı könüllü tərk etməsi ilə xalqımız çox əsrlik tarixində ilk dəfə, seçkilərdə təkcə ölkəmizin deyil, bütün Qafqazda sülhü və təhlükəsizliyi müəyyən edir. Biz təkcə Birinci şəxsi seçmirik, həm də qalib Azərbaycanın Yeni Yüzilinə-Zəfər Əsrinə səs veririk!

Tarixdə bənzəri olmayan Böyük Qayıdışın taleyi də millətimizin mütəşəkkilliyindən asılıdır. Biz elə etməliyik ki, 7 fevral tarixi şanlı ordumuzun Xankəndi yürüşünün davamı, azad torpaqlara qayıdan millətimizin paradı olsun. Ona görə də namizədliyimi öz təşəbbüsümlə irəli sürərək, qalib azərbaycanlıların “Ədalətin Zəfər çaldığı Azərbaycan” arzularına söykənir, seçkiləri yeni ideya və baxışlarımıızın Qələbə tribunasından təqdim edilməsi imkanı kimi dəyərləndiririk.

Mənim mənsub olduğum nəsil çətin sınaqlardan keçib. İndi hər bir qalib azərbaycanlının həyatında sülh və əmin-amanlıq, bərpa və quruculuq, inkişaf və rifah, birgəyaşayış və milli qürur dövrü başlanır. Bütün iddiaçı qüvvələrin seçkilərdə iştirakı daxildə siyasi barışı gücləndirəcək, 90-cı illər işğalının səbəb və nəticəsi olan mübarizə ənənələrinin Qarabağ münaqişəsi kimi tarixdə qalmasına, Zəfər platforması üzərində yeni siyasi sistemin inşasına təkan verəcəkdir. Bu işdə həmrəy olanlara qucaq açırıq. Gəlməyənlərə isə milyonlarla azərbaycanlı Albert Eynşteynin bu sözlərini deyəcək: “Bizə “yox” deyən hər kəsə minnətdarıq. Onların sayəsində hər şeyi özümüz etdik, etməli olduq”. Ən yaxşı rəqabət möhtəşəm ideyalarla, uğurlarla, işlərlə yarışmaqdır! Millətimiz üçün xeyirli olsun!” – o bildirib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

FHN: Ötən gün 25 yanğına çıxış olub, 7 nəfər xilas edilib

Next Post

“Azeri Light” markalı neft ucuzlaşıb

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

Next Post
“Azeri Light” markalı neft ucuzlaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

Qızılcanın yüngül keçməsinə təsir edən yeganə vasitə peyvənddir

Qızılcanın yüngül keçməsinə təsir edən yeganə vasitə peyvənddir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.