"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Zahid Orucu milli maraqları nəyəsə qurban verməkdə günahlandırmaq ən böyük günahdır”

27 Dekabr 2020 - 11:54
in MANŞET, SİYASƏT

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edirik:

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

– Qüdrət bəy, Türkiyə – İsrail münasibətlərinin yaxşılaşdırılması və bu məsələdə Azərbaycanın səyləri barədə mətbuatda müəyyən yazılar dərc olunur. Hazırkı anda bunu mümkün sayırsınızmı?
– Azərbaycan Respublikasının Prezidenti zamanında Türkiyə – Rusiya münasibətlərinin də yaxşılaşdırılması üçün müəyyən işlər görmüşdü və bu səylər uğurla nəticələnmişdi. İsraillə münasibətlərdə bu niyə olmasın? Bizim İsraillə etimadlı dost münasibətlərimizin olması, o cümlədən hər iki dövlətin maraqlarının dostluq və əməkdaşlıq etməkdən keçməsi nəticənin pozitiv olacağına ümid verir. Mən istərdim Azərbaycan İran – İsrail münasibətlərinin də yaxşılaşdırılmasında da öz vasitəçilik missiyasını təklif etsin. Hər iki dövlətin və regionun təhlükəsizliyi üçün bu çox vacibdir. Həm də İran bizə Ermənistanla münasibətlərin tənzimlənməsində öz vasitəçiliyini təklif etmişdi. Eyni zamanda ərəb ölkələrinin bir-birinin ardınca İsraildə səfirliklər açdığını da nəzərə alıb Azərbaycan qısa müddətdə İsraildə səfirliyini açmalıdır.
– Büdcə müzakirələri zamanı böyük özəlləşməyə gedilməsini, dövlətə məxsus Qapalı Səhmdar Cəmiyyətlərin səhmlərinin 49%-nin satışa çıxarılmasını təklif etdiniz. Təkliflərinizin nəzərə alınma ehtimalı nə qədərdir?
– Prezident dövlət əmlakından istifadənin səmərəliliyinin artırılması, o cümlədən bəzi dövlət müəssisələrinin özəlləşdirilməyə çıxarılmasını təmin etmək üçün Dövlət İnvestisiya Holdinqi yaradıb. 2021-ci ildə vergi və gömrük orqanları birlikdə  qeyri-neft sektorundan  9 milyard manat vəsait toplayacaq, bu 10 milyonluq ölkə üçün çox kiçik rəqəmdir. Bizə iqtisadiyyatda böyük sıçrayış lazımdır. İqtisadiyyatın aparıcı sahələri dövlətin nəzarətindədir. 74 illik dövlət mülkiyyətinə əsaslanan sovet sosialist təsərrüfat sistemi özünü doğrultmadı və iqtisadiyyatı neft  ixracından asılı olan Sovetlər Birliyi neftin qiymətinin 9 dollara düşməsi ilə çökdü. Ona görə hər dəfə söyləyirəm ki, dövlət bizneslə məşğul olmamalı, iqtisadiyyatda yalnız  tənzimləyici rol oynamalıdır. Dövlət müəssiələrində xərclər bəzən ağlasığmaz dərəcədə şişirdilir. Ona görə də büdcəyə az miqdarda vergi ödəyir, dövlət zəmanəti ilə xarici banklardan kredit götürür  və həmin kreditləri də gəlirlə işləmədikləri üçün geri qaytara bilmirlər və nəticədə özləri yox, sonradan həmin vəsaiti biz büdcədən qaytarırıq. Ona görə  geniş miqyasda özəlləşdirməyə getmədən sürətli iqtisadi inkişafı təmin etmək mümkün olmayacaq. Özəlləşdirilməyə gedilməsi beynəlxalq standartlara cavab verən maliyyə idarəçiliyinə, şəffaflığa və hesabatlılığa, o cümlədən sağlam rəqabətə geniş imkanlar açacaqdır. Bunlarsız isə güclü iqtisadiyyata sahib olmaq mümükün deyil.
– Siz eyni zamanda Qarabağın bərpası üçün hökuməti BMT-dən yardım istəməyə çağırmısınız. Beynəlxalq birliyin bərpa işlərinə kömək etmək ehtimalı nə qədərdir?
– Azərbaycan hər il BMT-yə 122 min dollara qədər üzvlük haqqı ödəyir. Biz ona görə bu təşkilata üzv olmuşuq və bu qədər üzvülük haqqı ödəyirik ki, BMT beynəlxalq sülhü və təhlükəsizliyi təmin etməlidir. Amma çox təəssüf ki, BMT TŞ-nın nüvə silahına sahib beş daimi üzvü beynəlxalq hüquq normalarını bir kənara tullayaraq bu təşkilatdan beynəlxalq aləmdə öz maraqlarını təmin etmək üçün istifadə edirlər. Məhz onların, yumşaq desək, öz vəzifələrinə səhlənkar yanaşması və ondan sui-istifadə etməsi nəticəsində bir milyon azərbaycanlı 30 illdir məşəqqətli qaçqın və köçkün  həyatı yaşayır. Torpaqlarımız 30 il idi işğal altında qalmışdı, hələ bu gün də bir hissəsinə  nəzarət edə bilmirik. İşğal olunmuş ərazilər yerlə-yeksan edilmiş, bir hissəsi isə işğalçı ölkə tərəfindən məskunlaşdırılmışdı. Ona görə Milli Məclisdə çıxışım zamanı qeyd etdim ki, BMT bərpa işlərinə əhəmiyyətli ölçüdə  yardım etməsə onu ABŞ-da məhkəməyə verməliyik. 2010-cu ildə BMT-nin Nepaldan olan sülhməramlılarının Haitidə yaydığı xolera epidemiyası nəticəsində bir milyon insan xəstələnmiş, 10 min insan həyatını itirmişdi. Onlar BMT-yə qarşı ABŞ məhkəmələrində iddia qaldırdılar. BMT 1946-cı ildə qəbul olunmuş Konvensiya ilə ona verilmiş  immunitet hüququndan istifadə edərək məhkəmə baxışından və beləliklə də məsuliyyətdən  yayındı. Amma BMT Baş katibi  Haitidən üzr istədi, onlara kömək məqsədilə xüsusi fond yaratdı. Haiti istədiyinə nail olmasa da problemini dünya miqyasında ictimailəşdirdi və BMT-nin öz funksiyalarını layiqincə yerinə yetirmədiyini beynəlxalq birliyin diqqətinə çatdırdı. 
Bununla yanaşı biz Qarabağın bərpası üçün ora investisiya qoyuluşunu stimulllaşdırmalı, investorlar ən azı on il bütün növ vergilərdən tam azad olunmalı, növbəti on ildə  isə 50% həcmində vergi ödəməlidır. Qarabağda dünyanın nüfuzlu banklarının filiallarının açılmasına nail olmalıyıq. Qarabağa daxili imkanlar hesabına investisiya cəlb etmək üçün vətəndaşlara öz vəsaitlərini gəlirli və təhlükəsiz sahələrə yatırmalarına kömək etmək məqsədilə məsləhətlər vermək üçün İqtisadiyyat Nazirliyi geniş xidmət sahələri yaratmalıdır.– Prezident regionun bütün dövlətlərinə əməkdaşlıq təklif etdi, o cümlədən Ermənistana. Sülh sazişi imzalanmadan bü cür əməkdaşlığı mümkün sayırsınızmı?
– Ermənistanla sülh sazişinin imzalanması və əməkdaşlıq məsələləri Ermənistandan daha çox Rusiyadan asılıdır. Dünya təcrübəsində Rusiya ilə Yaponiya  əməkdaşlıq etsələr də 2-ci dünya savaşından sonra hələ də sülh sazişi imzalamayıblar. Biz qalib ölkə olduğumuzdan bu istiqamətdə daha çevik siyasət yürütməliyik. Məsələn, sülh sazişi imzalanmadan belə sərhədlərimizi Ermənistan vətəndaşlarına açıb, Ermənistana digər MDB ölkələri ilə olan hüquqi rejimi tətbiq edə bilərik. Bu Ermənistan dövlətindən işğal etdiyi ərazilərdə törətdiyi vandalizmə görə kompensasiya tələbimizdən  imtina kimi başa düşülməməli və biz müharibə canilərinin ədalət mühakiməsi qarşısına çıxarılması üçün əlimizdən gələni etməliyik .Amma sözsüz ki, Ermənistanla sərhədləri  ilk növbədə, birtərəfli qaydada olmuş olsa belə qardaş Türkiyə açmalı, ermənilərin Türkiyəyə  vizasız gediş-gəlişnə şərait yaratmalıdır. Bir müddət sonra isə öncə qeyd etdiyim addımları biz ata bilərik. İşğal altında qalmış digər torpaqlarımız üzərində suveren hüquqlarımızın bərpası üçün müharibə variantını bir  kənara qoyub suverenliyimizin və ərazi bütövlüyümüzün müharibəsiz bərpası olunması, müasir dövlət quruculuğu istiqamətində  çalışmalıyıq.– Sosial Tədqiqatlar Mərkəzinin son sorğusunun nəticələrəni bəzi adamlar şübhə altına alır, onun rəhbəri Zahid Orucu ruspərəstlikdə, Türkiyəni sevməməkdə və s. bu kimi absurd məsələlərdə ittiham edirlər. Siz özünüz həmin qurumun keçirdiyi sorğuların mötəbərliyinə nə dərəcədə inanırsınız?
– Zahid Orucun fəaliyyətini yaxından izləməyənlər və sorğunun nəticəri ilə tam tanış olub onu ciddi təhlil etməyən insanlar, yumşaq desək, belə ədalətsiz mövqe sərgiləyə bilər. Həmin sorğuda iştirak edənlərin yalnız 1% bildirib ki, Rusiya sülhməramlıları təkbaşına uğurlu ola bilər. Respondentlərin 95,1%-i bildirib ki, Azərbaycan bayrağı ilə bərabər Türkiyə bayrağına da sevgi duyurlar. Bu rəqəmlər rəsmi nəticələrdə öz əksini tapıb və ictimaiyyət üçün açıqlanıb. Məgər bu xalqımızın ümumi əhval ruhiyyəsini əks etdirmirmi? Hardadır burda ruspərəstlik və Türkiyəni sevməmək? Zahid Oruc  öz xalqını sevən və onun üçün fədəkarlıq etməyə hazır olan bir siyasətçidir. O, utopiyadan uzaq və realistdir. Z.Oruc  ölkəmizin və bölgənin xoş gələcəyini Türkiyə, Azərbaycan və Rusiyanın sıx əməkdaşlığında görür. Xalqımız üçün nəyin doğru və faydalı olduğunu düşünürsə onu da deyir. Onun fikirləri ilə kim istəsə razılaşmaya bilər və bu çox normaldır, amma onu milli maraqları nəyəsə qurban verməkdə günahlandırmaq özü ən böyük günahdır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyənin “Təmrin” jurnalının Rəsul Rzanın 110 illiyinə həsr olunan xüsusi nömrəsi işıq üzü görüb

Next Post

Tofiq Əbdülhəsənli – 65

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Next Post
Tofiq Əbdülhəsənli – 65

Tofiq Əbdülhəsənli - 65

Fəridlərin ən fərdisi-Eksklüziv

Fəridlərin ən fərdisi-Eksklüziv

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.