"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Zahir Əzəmət Baş Prokurorluğa çağırıldı -(YENİLƏNİB)

28 Yanvar 2016 - 13:34
in XƏBƏR LENTİ

Zahir Əzəmət Baş Prokurorluğa çağırıldı -

“Müstəqil olmağımızı həzm edə bilməyənlər var və bu cür təhdidlərlə işimizi pozmaq istəyirlər”

Qaynar.info-nun baş redaktoru Zahir Əzəmət Baş Prokurorluğa çağırılıb. Bu barədə baş redaktorumuza prokurorluqdan rəsmi məktub gəlib.

Rəsmi məktubda çağırışın Mətbuat Şurasının apardığı monitorinqlə bağlı olduğu bildirilib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun imzası ilə redaksiyamıza daxil olmuş məktubu təqdim edirik:

“Azərbaycan Mətbuat Şurası tərəfindən cari ilin yanvar ayında bəzi internet informasiya resurslarında, o cümlədən rəhbəri olduğunuz “Qaynar.info” internet saytında aparılmış monitorinqin nəticələri barədə materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmişdir. Tərəfimizdən aparılan araşdırmalar zamanı yaranmış zərurətlə əlaqədar 28 yanvar 2016-cı il tarixdə saat 11:00-da Baş Prokurorluğa (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) gəlməyiniz xahiş olunur”.

Rəsmi məktubda çağırışın Mətbuat Şurasının apardığı monitorinqlə bağlı olduğu bildirilsə də, bu monitorinqlə bağlı nə redaksiyamızda, nə də ki, qurumun rəsmi saytında hər hansı bir məlumat yoxdur.

Saat 11:00-da baş redaktoru Baş Prokurorun birinci müavini Rüstəm Usubov Zahir Əzəməti qəbul edib. Öncədən də təxmin edildiyi kimi mövzu bölgələrdəki etiraz aksiyalarının işıqlandırılması ilə bağlı olub. Mətbuat Şurasının Baş Prokurorluğa müraciətində qaynar.info-nun aksiyalarla bağlı xəbərlərinin əsassız olduğu qeyd olunub. Elə Rüstəm Usubov da baş redaktorla söhbətində bu xəbərlərin çağırış xarakterli olduğunu bildirərək, xəbərdarlıq etmişdir.

Zahir Əzəmət isə öz növbəsində Qaynar.info saytında heç bir çağırış ruhlu xəbərlərin dərc olunmadığını, aksiyalarla bağlı adi və bir neçə cümləlik xəbərlərin verildiyini qeyd etmişdir.

Görüşlə bağlı saytımıza danışan Baş redaktor deyib: “Mənə bu məsələdə ən maraqlı məqam Mətbuat Şurasının şübhəli mövqeyi və siyasiləşməsidir. Son iki ayda artıq ikinci dəfə bizdən Baş prokurorluğa müraciət etməsi, sonuncu müraciətində isə ümumiyyətlə bir qeyri-hökümət təşkilatı kimi səlahiyyətlərini aşması, öz boyunu aşan məsələlərə girişməsi Qanar.info kimi ölkənin ən köklü saytlarından birinə qarşı hansısa qərəzin və ya sifarişin olduğunu təsdiqləyir. Maraqlıdır ki, Baş Prokurorluğa təqdim olunan xəbərlər az qala ölkənin bütün saytlarında getsə də, Mətbuat Şurası cəmi 2-3 saytı hədəf seçib. Halbuki Qaynar.info dərc etdiyi aksiya xəbərlərində yetərincə korrekt olub, hətta təşviqedici olmasın deyə, bir çox aksiyaların video materiallarını yayımlamayıb. Qaynar.info hansısa siyasi qüvvənin mediası deyil, 10 ilə yaxın fəaliyyət dövrümüzdə hər zaman müstəqilliyimizi qorumuşuq. Son hadisələrlə bağlı da bütün tərəflərin, daha çox da hökümətin mövqeyi işıqlandırılıb. Amma görünür məhz müstəqil olmağımızı həzm edə bilməyənlər var və bu cür təhdidlərlə işimizi pozmaq istəyirlər”.

Baş redaktor onu da vurğuladı ki, bir neçə gün əvvəl APA-da hökümət mənbələrinə istinadla aksiyalarla bağlı xəbərləri dərc edən saytların cəzalandırılacağı ilə bağlı məlumatın yer alması və bundan dərhal sonra Mətbuat Şurasının Baş Prokurorluğa şikayət ünvanlanması bu mövzunun doğrudan da Əflatun Amaşovun “fövqündə” olduğunu isbat edir:

“Bütün bunlara baxmayaraq, Qaynar.info xalqın mediası olmaqda davam edəcək və fəaliyyətimizdə peşəkar media prinsiplərini əsas tutacağıq”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`Korrupsiya ilə mübarizədə məqsəd kiməsə xoş gəlmək deyil` – Vüsal Hüseynov (MÜSAHİBƏ)

Next Post

Əfv komissiyasının tərkibi dəyişəcək

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Əfv komissiyasının tərkibi dəyişəcək

Azərbaycan nefti bahalaşdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.