
Müdafiə Nazirliyindən verilən məlumata görə, genişmiqyaslı təlimlərin planına əsasən, müharibə şəraitinə uyğun yaradılmış komanda idarəetmə məntəqələri və müxtəlif poliqonlardakı təlim nöqtələrinə baş çəkən müdafiə naziri şəxsi heyətin, silah-sursatın və döyüş texnikasının təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq göstərişlər verib.
Təlimlər davam edir.










