Zakir Həsənov polkovnikə yüksək vəzifə verdi

Zakir Həsənov polkovnikə yüksək vəzifə verdi

Azərbyacan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrdə nizam-intizam tədbirlərinin daha da gücləndirilməsi məqsədilə bəzi tədbirlərin həyata keçirilməsinə başlayıb.

Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov Müdafiə naziri Zakir Həsənovun kadr islahatını şərh edərkən yazıb.

Bunu da oxuyun

Ekspert qeyd edib ki, nazirin müvafiq əmri ilə polkovnik-leytenant Möhübbət Balayev MN Hərbi Polis İdarəsinin Qoşun Xidmətinin rəisi vəzifəsinə təyin edilib: “Yeni təyinat alan zabit uzun illərdir, Azərbaycan Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət keçmiş peşəkar mütəxəssislərdən biridir”.

Ekspert sonda xatırladıb ki, ötən ilin sonunda müdafiə naziri Hərbi Polis İdarəsinin rəisi polkovnik Azad Ağayevi xidmətdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edərək aşağı vəzifəyə, Qoşun Xidmətinin rəisi polkovnik Naum Əkbərovu isə hərbi rütbəsi bir pillə aşağı salınaraq Silahlı Qüvvələr sırasından ehtiyata tərxis etmişdi.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728