Noyabrın 21-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri Teymuraz Şaraşenidzeni qəbul edib.
səlahiyyətli səfiri Teymuraz Şaraşenidzeni qəbul edib.“Qafqazinfo” xəbər verir ki, görüşdə regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Gürcüstan Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşesi polkovnik Şalva Turaşvili iştirak edib.



