"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Zakir Həsənov şəxsi heyəti təbrik etdi

25 İyun 2018 - 18:34
in SİYASƏT MANŞET
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə şəxsi heyəti təbrik edib. 

Təbrikdə deyilir:
“Cənab zabitlər, yoldaş gizirlər, kursantlar, çavuşlar, miçmanlar, əsgərlər və matroslar!
Sizi Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə təbrik edir, Vətən naminə şərəfli xidmətinizdə uğurlar arzulayıram.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun yüksəldilməsinə müsbət təsir göstərdi və Azərbaycan Ordusunun şəxsi heyəti 100 illik yubileyini ruh yüksəkliyi, həmçinin qazandığı böyük nailiyyətlərlə qeyd edir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin uğurla gerçəkləşdirdiyi siyasət digər sahələrlə yanaşı, ordu quruculuğu sahəsində də əldə olunan möhtəşəm uğurlarla Respublika prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Ali Baş Komandanımız qeyd etdiyi kimi, biz güclü ordu yaratmışıq.
Ordumuzun maddi-texniki təchizatı və döyüş qabiliyyəti ən yüksək səviyyədə olduğunu döyüş meydanında sübut edə bilmişik! 2016-cı ilin aprel ayında Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və cari ilin may ayında Naxçıvanda Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları nəticəsində torpaqlarımızın bir hissəsi düşmən işğalından azad edildi. Artıq həmin torpaqlara Azərbaycan vətəndaşları qayıdıb. O torpaqlara həyat qayıdıb və bunu Azərbaycan dövləti, Azərbaycan Ordusu etmişdir!
Keçirilən genişmiqyaslı taktiki təlimlərdə şəxsi heyət öz peşəkarlığını, yüksək döyüş qabiliyyətini nümayiş etdirir, Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirir. Xalq öz ordusuna inanır, gücünə güvənir. Şəhid ailələri, müharibə veteranları və əlilləri, eləcə də hər bir hərbi qulluqçu ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub. İnanıram ki, bu sizin məsuliyyətinizi daha da artırır. Bu əziz gündə şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlıqlarını itirən döyüşçülərimizi, veteranları əzəmətli bayram münasibəti ilə təbrik edirəm.
Əminliklə bildirirəm ki, Azərbaycan Ordusunun şəxsi heyəti bundan sonra da xalqımızın və dövlətimizin etimadını şərəflə doğruldacaq, hərbi intizamı gücləndirəcək, döyüş və mənəvi-psixoloji hazırlığını yüksəldəcək, Azərbaycan Respublikasının Prezidenti – Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməyə hazır olacaq.
Bir daha hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram”.

Bunu da oxuyun

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

DTX-nın həbs etdiyi şəxsin məhkəməsi – Hakim özü-özünə etiraz etdi

Next Post

Pərvin Abıyeva eşq yaşadığı kişilərin sayını açıqladı – Hər birinə 3 ilimi vermişəm – VİDEO

Bənzər yazılar

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

24 Aprel 2024 - 20:34

Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qırğız Respublikasının Prezidenti Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir....

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

19 Fevral 2024 - 18:58

Portuqaliya Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli...

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

09 Dekabr 2023 - 23:50

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir...

Aİ-nın Ukraynaya yardımı ilə bağlı şərti  açıqladı

Aİ-nın Ukraynaya yardımı ilə bağlı şərti açıqladı

21 Noyabr 2023 - 13:39

Macarıstanın Baş naziri Viktor Orban plebisit elan edib. Onun gündəliyi Avropa Birliyinin Macarıstana ayırdığı maliyyənin dondurulması müqabilində Budapeştin Avropa İttifaqının...

Next Post
Pərvin Abıyeva eşq yaşadığı kişilərin sayını açıqladı – Hər birinə 3 ilimi vermişəm – VİDEO

Pərvin Abıyeva eşq yaşadığı kişilərin sayını açıqladı - Hər birinə 3 ilimi vermişəm - VİDEO

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi qeyd olunur

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi qeyd olunur

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.